Qaçırıq və arıqlayırıq -Məsləhət

Qaçırıq və arıqlayırıq -MəsləhətHal hazırda bir çox insanlar arıqlamaq və sağlam olmaq üçün qaçışla məşğul olur.

Lakin qaçışdan fayda almaq üçün bunu düzgün etmək lazımdır. Mütəxəssislər qaçışla məşğul olmağa başlayan insanlara bəzi məsləhətlər verir. Bu məsləhətlərə əməl etmək çox vacibdir.

1. Qaçışla məşğul olmaq istəyən insanın sağlamlığında cıddı pozulmalar olmamalıdır. Əgər sizdə ürək-damar, nəfəsalma sistemi və s. orqan və sistemlərində pozulmalar varsa, mütləq əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Ola bilsin ki, qaçış sizin üçün əks göstərişdir.

2. Qaçışla sübh tezdən məşğul olmaq lazımdır. Səhərlər hava daha təmiz olur. Ən əsası isə odur ki, məhz səhər tezdən qaçış metabolizm prosesləri sürətləndirir və bu da arıqlamağa kömək edir.

3. Qaçışdan əvvəl qida qəbul etmək olmaz. Su isə mütləq qəbul edin. Qaçış zamanı insan güclü tərləyir və bu da susuzlaşmaya səbəb olacaq. Qaçışdan əvvəl 1 stəkan təmiz su için. Suya 1 çay qaşığı bal da əlavə etmək olar.

4. Qaçış üçün yüngül və rahat paltar seçin. İdman ayaqqabısı çox vacib məsələdir. Düzgün seçilməmiş ayyaqqabı oynaqlar və onurğa sütununda ciddi pozulmaların əmələ gəlməsinə səbəb ola bilər. İdman dükanlarında xüsusi qaçış üçün nəzərdə tutulmuş idman ayaqqabıları satılır. Belə ayaqqabıların altlığı qalın olur və altlığın ortasında oyun olur ki, amortizasiya yaransın və oynaqlar və onurğa sütunu əziyyət çəkməsin.

loading...
5. Əgər siz bundan əvvəl heç vaxt idmanla məşğul olmamısınızsa, ehtiyatlı olun. Qaçmağa 5-10 dəqiqə ərzində və yavaş tempdə başlayır. Əgər 2 dəqiqədən sonra siz təngnəfəs olursunuz və daha qaça bilmirsinizsə, nəbzinizi yoxlayın. Nəbziniz 140 və bundan artıq vurursa, qaçışı təxirə salın. 1-2 həftə 30-40 dəqiqə ərzində sürətli tempdə yeriyin. Daha sonra isə qaçışa keçin. Lakin nəbzinizi yoxlamağa davam edin – 140 vurğudan az olmalıdır.

6. İdmanla bundan əvvəl məşğul olmayan insan bir gündən bir qaçışla məşğul olmalıdır və 5-10 dəqiqədən başlamalıdır. Daha sonra qaçışın vaxtını tədricən 30 dəqiqəyə kimi artırmaq və həftədə 5 dəfə qaçışla məşğul olmaq olar. Mütəxəssislərin fikirinə görə, 30 dəqiqədən az qaçış arıqlamağa kömək etməyəcək. Sağlamlığın qorunması, immun sisteminin möhkəmləndirilməsi üçün gün ərzində 15-20 dəqiqə ərzində qaçmaq kifayətdir.

7. Qaçış insana zövq verməlidir, qaçışdan sonra insan özünün gümrah hiss etməlidir. Lakin bu halda qaçış sağlamlığınıza xeyir gətirə bilər. Əgər insan qaçışdan sonra özünü çox yorğun, halsız hiss edirsə, deməli, qaçışın vaxtını azaltmalıdır.

8. Qaçanda özünüzü sıxmayın, gərgin olmayın. Qaçanda bədəninizi bir qədər qabağa əyin, başınızı çox aşağı salmayın, ayaqlarınızın altına baxmayın. Pəncələri tam şəkildə yerə qoymayın – əvvəl yerə daban, sonra pəncənin qabaq hissəsi dəyməlidir. Əgər qaçanda siz birdən bütün pəncəni yerə qoyursunuzsa, bu ayaqlar və onurğanıza ziyan gətirə bilər.

9. Bəzən eşidmək olur ki, qaçış zamanı yalnız burunla nəfəs almaq lazımdır. Bu yanlış məlumatdır. Qaçış zamanı həm burunla, həm də ağızla nəfəs almaq olar.

10. Park, stadion qaçmaq üçün ən yaxşı yerlərdir.

Sağlamlıq     Baxılıb: 1715   Tarix: 01 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar kosmetoloq geyim dəbləri xina hakista debli cantalar 2026 hind geyimləri qalin saclara qulluq kosmetika vətən haqqında bayatılar salam bayati novruz bayramı yumurta