Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər - FOTOLAR

Avropa ölkələrinə sığınacaq ümidiylə üz tutmuş qaçqın və miqrantları döyür, soyundurur, hər şeylərini əllərindən alır, hətta elektroşok da verirlərmiş. Özü də elə həmin Avropa ölkələrinin sərhədində. Bunu "Oxfam" humanitar təşkilatı ötən həftəsonu açıqladığı hesabatında bildirir.

Xanim.az virtualaz-a istinadən xəbər verir ki, təşkilat iddia edir ki, nəticədə qaçqın və miqrantlar insan qaçaqçılarının əlinə keçir. Ən pis rəftar halları isə Serbiya və Makedoniyada baş verib. Aralarında uşaqlar da olan bir qrupu gecənin şaxtasında Bolqarıstan sərhədində saxlayıblar. Sonra da onlara deyiblər ki, Serbiyadakı qaçqın mərkəzinə aparılırlar. "Oxfam" tədqiqatçıları miqrantlardan eşidiblər ki, xorvat polisi onları lüt soyunmağa və Serbiya sərhədi boyunca geri qayıtmağa məcbur edib. Bir dəstə sərhədçi isə onların dalınca gedərək dəyənəklə döyüb. Bəzilərinin üstünə it buraxıblar.

İddialara görə, Macarıstan rəsmiləri miqrantları soyunmağa və qarın üstündə oturmağa məcbur edib, üstlərinə su töküb. Bolqarıstan polisi isə miqrantların üstündə axtarış aparmaqda, hər şeylərini, hətta ayaqqabılarını belə almaqda, sonra onları sərhəddən qaytarmaqda günahlandırılır.

Hesabatda vurğulanır ki, Qərbi Balkan ölkələri marşrutu boyunca qaçqın və miqrantlarla "narahatlıq yaradan" pis davranış aşkarlanıb. Bu iddialar daha çox Serbiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Makedoniya sərhədçilərinə qarşı səslənir.

Isaaq adlı bir əfqanın danışdıqları tükürpərdicidir. "The Independent" qəzeti onun sitatını dərc edib. "Bolqar polisi bizimlə o qədər qəddarcasına davranırdı ki, bunu ömrümüz boyu unutmarıq - təkcə mən deyil, qardaşlarım da Bolqarıstanda qəddarlıq gördü. Lap əndazəni aşırdılar. Bizi qəfəsə saldılar və üç gün yemək vermədilər. Bizi vəhşicəsinə döyürdülər, hətta elektroşok verirdilər", - əfqan söyləyib.

Aarif adlı əfqan isə Xorvatiyaya daxil olarkən yaşadıqlarını nəql edir: "Sərhəddə bizi polis tutdu və bir maşına basaraq kondisioneri işə saldı. Çox soyuq idi. Sonra yorğanları, gödəkcələrimizi çıxararaq bizi Serbiya sərhədində buraxdılar. Mobil telefonlarımızı, pulumuzu almışdılar, bizi o qədər döymüşdülər ki, ayağa qalxa bilmirdik".

Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər - FOTOLAR

"Oxfam"ın Cənub Şərqi Avropa üzrə müşaviri Ruth Tanner deyir ki, bu əhvalatlar adamları insan qaçaqçılarının əlinə salır. Onlar sığınacaqdan ötrü hüquqi yollara əl atmaqdansa, insan alverçilərinə üz tuturlar.

"Təhlükəli oyun" adlı hesabat hazırlanarkən 140 nəfərdən müsahibə alınıb və hamısı da sığınacaq prosedurlarına baş vurmaq yolunda rəsmilərin pis rəftarıyla qarşılaşdığını bildirib.Müsahiblərin çoxu Əfqanıstandan imiş. Qalanları Pakistan, Suriya, İraq, İran, Misir və Livandan gəliblər.Həmin 140 nəfərdən 75-i Macarıstan və Serbiyadan çıxarılıb. Bəzilərini müxtəlif ölkələr bir neçə dəfə geri qaytarıb. Miqrantlar və qaçqınlar davamlı olaraq, qeyri-rəsmi və məqsədli şəkildə regionda bir ərazidən digərinə qovulurlar. Hesabat BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNCHR) bu barədə tapıntılarını dəstəkləyir.

"Oxfam" Serbiya, Makedoniya, Xorvatiya, Macarıstan və Bolqarıstan hökumətlərini insan haqları pozuntularına dərhal son qoymağa, miqrant və qaçqınlara qarşı cinayətlərə yol vermiş şəxslərlə bağlı təcili tədbirlər görməyə çağırır.
Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər - FOTOLARQaçqınları soyundurub, döyüb, elektroşok veriblər - FOTOLAR

Xəbərlər     Baxılıb: 1990   Tarix: 10 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

yemek reseptleri həkim məsləhəti geyim dəbləri qulliverin səyahəti yay kolleksiyasi sac düzümləri ulduzlar kosmetika qız bürcü namiq qaraçuxurlu ikizler dieta tapmacalar