Qadın bədəni bunu kişilərdən daha çox tələb edir! - SƏBƏBLƏRİ

Qadın bədəni bunu kişilərdən daha çox tələb edir! - SƏBƏBLƏRİNevroloqlar həyəcan təbili çalır! Bütün qadınlar bu məsləhətə diqqət etməlidir!

Yuxu - ağır iş günündən sonra orqanizmin özünü bərpa etməsi üçün vacib prosesdir. Bəs orqanizmin özünü tam bərpa etməsinə nə qədər vaxt sərf olunmalıdır? Kişi və qadın bədəninin neçə saat yuxuya ehtiyacı var və onlar arasında fərq nədir?

Publika.az xarici mətbuata istinadən oxucuları qadınların və kişilərin yuxu rejimi haqqında bilməli olduğu vacib məqamlarla tanış edib.

Əziz xanımlar, yatmağa hazır olun!

Qadın beyin funksiyası mürəkkəb olduğu üçün əlavə istirahət tələb edir. İngiltərənin Lafboro Universitetinin professoru Cim Hornın sözlərinə görə, qadınların yuxuya olan ehtiyacı kişilərdən daha çoxdur:

"Qadının yuxuya tələbatının çox olması psixoloji cəhətdən daha çox yükə məruz qalması, stressin yüksək səviyyədə olması, daha emosional olması, eləcə də inamsızlıq, depressiya və qəzəb hissi ilə bağlıdır. Kişilərdə isə belə hallar yoxdur".

İnsan nə qədər yatmalıdır?

Eskpertlər belə hesab edir ki, insan gün ərzində 8 saat yatmalıdır. Lakin digər qrupun apardığı araşdırmalar göstərir ki, bəzi insanlara gün ərzində yeddi saat yuxu da kifayət edir. Buna baxmayaraq, professor Horn qadın beyinin kişidən fərqli olduğunu xatırladıb:

"Qadın beyni kişidən daha mürəkkəb quruluşu ilə fərqlənir. Bu səbəbdən də qadınlar kişilərdən daha çox istirahətə ehtiyac duyur".

Niyə qadın beyin daha çətin işləyir?

Kişilərə nisbətən qadınlar bir neçə işi eyni anda yerinə yetirməyə daha meyllidir və öz beynini təcili rejimdə istifadə edir. Nəticə etibarı ilə bədən özünü bərpa etməsi üçün daha çox yatmalıdır.

Saat neçədə yatmalıyıq?

Saat neçədə yatmaq istədiyinə hər kəs özü məsuliyyət daşıyır. Həkimlər ideal yuxu saatlarının 10-nun yarısı olduğunu bildirir. Mütəxəssislərin sözlərinə görə, bu saatda yatmaq insan orqanizminə daha müsbət təsir göstərir. Və bu gözəllik yuxusu növbəti gün ərzind əhval-ruhiyyənizdə də əks olunur.

Bəs yorğun kişilər nə etməlidir?

Professor Horn bildirir ki, ağır işlərdə çalışan kişilər də çox yatmalıdır: "Vacib qərarların qəbul edilməsi ilə bağlı olan işlərdə çalışan kişilərin bədəni də həddən artıq yuxu tələb edə bilər. Lakin bu halda belə qadınlar daha çox istirahət etməlidir".

Ailə və Uşaq     Baxılıb: 4077   Tarix: 13 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar