Qadının əsl yaşını ələ verən bədən üzvləri - FOTOLAR

Qadınlar çox yaşamaq istəsələr də, yaşlanmağı yaxınlarına belə buraxmırlar. Gənclik və gözəlliklərini qorumaq üçün əllərindən gələni edirlər. Məsələn, üz dərisinə qulluq edir, qırış, sızanaq, civzə, bir sözlə, onları çirkin göstərən hər xırda amilə qarşı sərt mübarizə üsullarına əl atırlar. Ancaq özünəqulluqda onlar bədəninin 5 üzvünü, demək olar ki, həmişə unudurlar. Xanim.az bu yazıda qadının yaşını ələ verən 5 bədən üzvü və ona qulluq qaydalarını izah edib.
Saçları
Qadın nə qədər yaşlı olarsa, saçları bir o qədər seyrək və solğun olur, tellər getdikcə ağarmağa başlayır və təbii parıltısını itirir.
Nə etməli? Qida rasionuna vitamin kompleksləri, mövsümi meyvə və giləmeyvələr, dəniz məhsulları və balıq növləri daxil edilməlidir. Yaşa dolduqca baş dərisini masaj etmək, protein serumlarından, eləcə də, sulfatsız şampunlardan istifadə və təbii inqrediyentlərdən maskalar qoymaq lazımdır.
Dekolte zonası
Qadının əsas düşmənləri bunlardır: günəşin mənfi şüaları, hündür yastıq, susuz qalmış bədən. Günəş şüaları dərini qurudur və qocalma prosesini sürətləndirir. Nəmsiz qalmış dəri də qocalmağa doğru gedir. Qırışlar, dərinin quruluğu, piqmentlər qadının yaşını ələ verir.
Nə etməli? Günəş şüalarının dəriyə zərər verməsini istəmirsinzisə, onu müntəzəm şəkildə nəmləndirin. Çoxlu su için və SPF tərkibli qidalandırıcı kremlər çəkmədən evdən çıxmayın.
Dirsəklər və dizlər
Bəli, dirsək və dizlər də qadının yaşını ələ verir. Lakin çoxları bədənin bu hissəsinə diqqət ayırmır. Nəticədə qulluq görməyən diz və dirsəklər elastikliyini itirir. Beləliklə, quru dirsək və diz dərisi qocalmanın ilk əlaməti olur.
Nə etməli? Diz və dirsək dərsinə hər gün yağlı krem çəkin, mütəmadi olaraq pilinq edin və sərt parçadan olmayan geyimlər seçin. Üstəgəl, fitnesslə məşğul olun. Oturub-durmaq da diz əzələlərini gücləndirir.
Əllər
Qadının yaşını əsasən əllərindən bilmək olur. Kişilər də qadının yaşını müəyyən etmək üçün əllərinə baxırlar. Daimi yükləmələr, yuyucu vasitələrlə və su ilə təmas dərinin vəziyyətinə mənfi təsir edir.
Nə etməli? Soyuq havalarda əllərinizi qardan qorumaq üçün əlcək geyinin. Küləkli və yağışlı günlərdə krem çəkmədən evdən çıxmayın.
Sinə
Bədənin bu hissəsi - qadının qürurudur, amma yaşlandıqca sinədə bir çox problemlər yaranır. Ana olduqdan sonra sinələr əvvəlki formasını itirir, sallanmağa başlayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döşlər elastikliyini itirir.
Nə etməli?
Dərinin elastikliyini itirməməsi üçün ona xüsusi qulluq etməli, daim büsqalter geyinməli, sinəni dik saxlayan məşqlər etmək vacibdir. Həmçinin, tez-tez kökəlib arıqlamamaq, isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinmək lazımdır.
Dekolteni yüksək faktorlu qoruyucularla günəşin zərərli şüalarından qorumaq da əsas şərtdir.
Təzyiqli soyuq su masajının da sinəyə dirilik gətirdiyini unutmayın. Duşdan çıxmazdan əvvəl bir neçə dəqiqə dözə biləcəyiniz soyuqluqda soyuq suda qalın.(Publika.az)
Qadının əsl yaşını ələ verən bədən üzvləri - FOTOLARQadının əsl yaşını ələ verən bədən üzvləri - FOTOLAR

Xəbərlər     Baxılıb: 1996   Tarix: 12 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

toy gecesi donlar 2026 hamilelikde qidalanma 2026 qonaq otagi gözəllik qış tədarükü qara qaragatin faydalari kosmetika hamilelik sağlıq azerbaycan kondom nedir qız bürcü