Qadınlarda iltihablı xəstəliklər

Qadınlarda iltihablı xəstəliklərEndometrit iltihabi xəstəlik olub, uşaqlığın selikli qişasında yaranır. Uşaqlığın iltihabı zamanı onun selikli qişası tərəfindən ifraz olunan seliyin miqdarı və tərkibi dəyişir. Endometrit yumurtalıqla uşaqlıq borusu arasında, ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, endometriya zamanı uşaqlığın selikli qişasının quruluşu pozulur, bu zaman qalınlaşma baş verir. Endometrit kəskin və xroniki olur. Xroniki endometrit ginekoloji xəstəliklər sırasında ən çox yayılan xəstəliklərdəndir. Bu xəstəlik çox vaxt heç bir əlamətlə özünü büruzə vermir. Buna görə də qadınların ildə ən az iki dəfə həkim müayinəsindən keçməsi məsləhətdir.

Qadın cinsiyyət üzvlərinin iltihabı qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı tələb edir.
Xəstəliyin əlamətləri:

Yüksək temperatur
Ümumi zəiflik
Qarının aşağı hissəsində ağrılar
İrinəbənzər ifrazat
Aylıq tsiklin pozulması

Endometritin səbəbi:

Gigiyenik qaydalara riayət edilməməsi
Hamiləliyin süni şəkildə pozulması
İmmunitetin azalması
Uşaqlıqdaxili manipulyasiya
Bakteriyalar
İnfeksiya
Göbələk
Hormonal pozğunluqlar

Müalicəsi:

Xəstəliyin tədqiq edilməsi üçün ultrasəs müayinəsindən keçmək lazımdır. Əvvəlcə xəstəliyi hansı mikrobun törətdiyi aşkar edilir. Daha sonra müalicə kursu təyin olunur. Xəstəliyin müalicəsi zamanı antibiotiklərlə yanaşı, qarının aşağı hissəsinə maqnitoterapiya, yod və sink ilə elektroforez, parafin aplikasiyaları kimi fizioterapevtik müalicə üsullarından da istifadə olunur. Laparoskopik üsulla uşaqlıq borusundakı qalınlaşmış hissə aradan qaldırılır.

Xəstəlik vaxtında müalicə edilməzsə, o, xroniki formaya keçər. Bu da qadın cinsiyyət orqanlarında müxtəlif patologiyaların inkişaf etməsinə səbəb ola bilər. Bütün bu proseslər də sonsuzluqla nəticələnəcək. Kəskin endometritin müalicəsi 7-10 gün davam edir.

Xəstəliyin profilaktikası:

Qadın doğuşdan sonra orqanizmində infeksiyanın olub-olmamasına görə müayinədən keçməlidir. Gigiyena qaydalarına mütləq riayət olunmalıdır. Aylıq tsikl zamanı soyuqdəymədən qorunmaq xəstəliyin qarşısını alacaq.

Endometriti gicitkənlə sağalt:

1 çay qaşığı gicitkən yarpağını, 1 çay qaşığı dəvədabanını, 1 çay qaşığı bataqlıq zambağını, 2 çay qaşığı murdarça qabığını, 2 çay qaşığı qoyunqıranı, 1 çay qaşığı qatırquyruğunu, 1 çay qaşığı kəklikotunu götürüb qarışdır. Qarışıqdan 8 çay qaşığı götürüb, 3 stəkan suya tök. Qaranlıq yerdə bir az saxladıqdan sonra qaynadıb, tənzifdən süz. Bu məlhəmdən gündə üç dəfə iç. Əgər dadı acı olarsa, məlhəmə təmiz bal və ya şəkər tozu əlavə edə bilərsən.

Bu məlhəm üçün sənə ½ portağal, ½ limon, ½ şəkər tozu, 1 çay qaşığı sürtgəcdən keçirilmiş soğan lazım olacaq. Portağalı və limonu yuyub, qurulayıb, ətçəkəndən keçirt. Alınan qarışığa soğanı və şəkər tozunu əlavə edib qarışdır. Bu məlhəmdən gündə 3 dəfə 1 çay qaşığı qəbul et.

Sağlamlıq     Baxılıb: 2939   Tarix: 14 aprel 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 geyim şəkilləri sızanaqlara qarşı maska qadindunyasi.az tut aragi haqqinda xina bayatilari kosmetika tərəzi bürcü haxista vətənə aid bayatılar nagillar eqreb