Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdiQadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.
Milli.Az xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq, qadınlarda daha zəif və gizli gedişli əlamətlər müşahidə oluna bilər.
Yorğunluq, ürəkbulanma, nəfəs darlığı və səbəbi bilinməyən halsızlıq kimi şikayətlər çox zaman diqqətdən kənarda qalsa da, Həkimlər bu əlamətlərin ürəyin ciddi xəbərdarlıq siqnalları ola biləcəyini vurğulayırlar.
Türkiyəli kardioloq Mustafa Kaplangöray bildirib ki, infarkt zamanı erkən reaksiya həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sinədə təzyiq hissi, nəfəs darlığı və ani halsızlıq kimi əlamətlər yüngül qəbul edilməməlidir. Bu halda vaxt itirmədən həkimə müraciət olunmalıdır.
Həkim qeyd edib ki, ürək tutması ürəyi qidalandıran damarların qəfil tutulması nəticəsində baş verir. Bu proses adətən uzun illər ərzində inkişaf edən damar sərtliyi fonunda yaranır. Damar divarlarında yığılan yağ və xolesterin lövhələri zamanla zədələnərək laxta əmələ gətirir və bu laxta damarı tam bağlayaraq infarkta səbəb olur.
Ən çox rast gəlinən simptomun sinənin ortasında hiss edilən sıxılma və yanma olduğunu deyən mütəxəssis bildirib ki, ağrı bir neçə dəqiqə davam edə və ya getdikcə arta bilər. Bu ağrı sol qola, boyuna, çənəyə və kürəyə yayılır. Nəfəs darlığı, soyuq tərləmə, ürəkbulanma və ani halsızlıq da bu əlamətlərə qoşula bilər.
Əlavə edib ki, bəzi hallarda, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində simptomlar daha zəif ifadə olunur və yalnız yorğunluq, mədə narahatlığı və ya nəfəs darlığı kimi qeyri-tipik əlamətlərlə özünü göstərə bilər.
Mütəxəssis infarkt riskini artıran amillər sırasında siqaret, yüksək təzyiq, yüksək xolesterin, diabet, piylənmə, hərəkətsiz həyat tərzi və xroniki stressi qeyd edib. O, həmçinin genetik meyl və qeyri-sağlam qidalanmanın da riski artırdığını vurğulayıb.
Müalicə prosesinə toxunan kardioloq qeyd edib ki, damar açıcı dərmanlar, angioqrafiya və zəruri hallarda stent tətbiqi həyata keçirilir. Müalicədən sonra isə həyat tərzinin dəyişdirilməsi, müntəzəm dərman qəbulu, sağlam qidalanma, fiziki aktivlik və siqaretdən imtina təkrar infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1043   Tarix: 24 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qis geyimləri 2026 hamilelikde qidalanma adlarin menasi murebbelerin hazirlanmasi bilinçik resepti dadlı yemək tanışlıq saytları intim kosmetika masqalar haxista tut ağacı tutdudu kondom nedir novruza aid hakışda