Qadınlarda osteoporoz xəstəliyi və klimaks

Qadınlarda osteoporoz xəstəliyi və klimaksOsteoporoz - sümük toxumasının həcminin azalması ilə müşayiət edilən xəstəlikdir. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar.
Bu isə hətta kiçik zərbə və travmalar nəticəsində onların asanlıqla sınmasına səbəb olur. Qadınlar bu xəstəliyə kişilərdən bir neçə dəfə artıq hallarda düçar olurlar.
Klimaksın başlanması qadınların əksəriyyətində orqanizmində kalsium mübadiləsinin pozulması ilə müşayiət olunur. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Yaş artımı ilə əlaqədar olaraq qanda estrogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən daha kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə səbəb olur (qadının beli əyilir və s.), sınıqların baş verməsi təhlükəsini artırır.
Osteoporoz prosesinə onurğa sütunu da daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxildən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılması nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması və digər bu kimi əlamətlər yaranmış olur.
Osteoporoz xəstəliyi menofasilə (menopauza, klimaks) dövründə qadınlarda sınıqların daha tez-tez rast gəlməsinin əsas səbəblərindən biridir. Osteoparoz zamanı sınıqların əsas xarakterik cəhəti, onların minimal travmatik zədələrdən və hətta kiçik hündürlüklərdən də yıxılması nəticəsində baş verməsidir. Yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı - bud sümüyü boynunun sınıqlarıdır.
Osteoporozun baş verməsinin əsas təhlükə (risk) faktorları aşağıdakılardır:
- əsas faktor yaşdır - yaşın 65-dən artıq olması;
- uşaqlıq və ya yumurtalığın olmaması (nəticə etibarı ilə estrogen hormonların da). Bəzi hallarda qadınlar nisbətən cavan yaşlarında bu orqanlarını itirmiş olurlar;
- genetik meylliyin olması. Əgər qadının ana və nənəsində osteoparoz xəstəliyi olmuşsa, onun özündə bu xəstəliyin inkişaf etməsi ehtimalı da çox olur;
- aybaşının vaxtından qabaq kəsilməsi;
- çoxuşaqlı analar və uşağı uzun müddət əmizdirən qadınlar da yüksək təhlükə qrupuna aiddirlər.
- kofe və kofe tərkibli içkiərin qəbul olunmasının həvəskarı olmaq, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və digər bu kimi zərərli faktorlar da sümük sisteminə xeyir gətirməyən səbəblərdir;
- az həkətli həyat tərzi də osteoparozun inkişaf etməsi üçün ciddi təhlükə faktorudur.
Fiziki hərəkətlər, piyada gəzintilər, üzgüçülüklə məşğul olmaq, rəqs etmək, aktiv istirahət bu xəstəliyin profilaktikası üçün çox vacib hesab olunur. Ancaq bədən sümüklərinə həddindən artıq gərginliyin verilməsi (peşəkar idmançılarda olduğu kimi) də təhlükəli ola bilər.
Qeyd etmək lazımdır ki, osteoporoz xəstəliyi kliniki olaraq özünü heç bir əlamətlə büruzə vermir. Yəni heç bir insan özündə sümük toxuması kütləsinin hissəvi olaraq itirilməsini hiss edə bilmir. Sümük densitometriyası kimi xüsusi diaqnostik müayinə üsulu vardır ki, onun köməkliyi ilə sümük toxumasının mineral sıxlığı - sümüyün "miqdarı" müəyyən edilir. Bu müayinə tamamilə ağrısızdır. Onu rentgen aparatından istifadə etməklə aparırlar. Müayinə cəmi bir neçə dəqiqə çəkir. 45 yaşından yuxarı olan bütün qadınlara ildə 1 dəfə bu müayinədən keçmək məsləhət görülür. Müayinə nəticəsində osteoparoz xəstəliyinin ilkin əlamətləri olduğu təqdirdə, həkim tərəfindən qadına müəyyən dərman preparatlarının qəbul edilməsi təyin olunur.
Osteoporoz xəstəliyi ilə əlaqədar olan problemlərdən uzaq olmaq üçün onun profilaktikasına, yuxarı yaşlarda xəstəliyin ilkin əlamətləri meydana çıxandan sonra deyil, uşaq yaşlarından başlamaq lazımdır. Bu zaman kalsium elementi ilə zəngin olan qidaların olması şərti ilə, düzgün qidalanma çox vacibdir. Kalsium süd məhsullarında (pendir, süd, kəsmik, qatıq, yoqurt və s.), balıq və mal ətində, günəbaxan tumlarında, qoz, fındıq, üzüm, şüyüd, cəfəri, ispanaq, maş, lobya, kələm və digər bu kimi məhsulların tərkibində daha çox olur. Kalsiumun mənimsənilməsi üçün vacib hesab edilən D vitamini isə müxtəlif yarmalarda (qarabaşaq yarması - "qreçka" və s.), yumurta və yağlı balıqlarda və digər məhsullarda olur.
Onu da qeyd etmək lazımdır ki, hətta ən tarazlaşdırılmış pəhriz qaydalarına əməl edildikdə belə, həyatın müəyyən dövrlərində (sümüklərin aktiv böyüməsi, hamiləlik, laktasiya, menofasilə dövrü) əlavə olaraq kalsium preparatları (yaşa uyğun dozalarda - həkim tərəfindən müəyyən edilir) qəbul etmək vacib hesab edilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1043   Tarix: 07 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 hamilelikde qidalanma asiq qadin sayti 2026 ayaqqabı modelləri vaginal təmizlik kosmetika lakonizm qz eviyçun hakışta ariqlamaq olumu qiz evi ucun