Qadınların diqqətinə: özünüzü kişiyə sevdirmək üçün...

Qadınların diqqətinə: özünüzü kişiyə sevdirmək üçün..."Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır". Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözəllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və digər bu kimi müəyyən komplekslər yaranmağa başlayır. Bununla da bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən "o qadın məndən gözəldirmi? Mənim ondan nə əskiyim var?", - deyirlər. Bəylər isə xəyanətlə rastlaşarkən "məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?", - deyə düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman seçilməmişlik, kişilər isə aldadılmışlıq duyğusu keçirir.

Amma artıq "vizual görüntü xəyanətdə böyük rol oynayır" tendensiyası son illər öz təsdiqini tapmır. Alman alimlərinin araşdırmalarına görə, kişilərdə bağlılıq duyğusu qadınlarla müqayisədə daha çoxdur. Sadəcə qadınların əksəriyyəti bunu görə və istifadə edə bilmir.

Kişilər xanımlarında öz analarını axtarırlar. Buna psixoanalizdə Edip kompleksi – oğulun anaya olan məhəbbəti deyilir. Əgər qadınlar bu həssas nöqtədən tuta bilsələr, özlərini kişilərə sevdirə bilərlər. Bunun üçün xanımlarımız qayınanalarını yaxşı tanımağa çalışmalıdırlar. Gəlin, əsasən, bir neçə sirri sizlərlə paylaşaq:

1. "Kişinin qəlbinə gedən yol mədəsindən keçər" sözlərini boşuna deməyiblər. Qadınların onlara bişirdikləri yeməkləri özlərinə qarşı qayğı kimi görürlər. Yəni kişilər üçün bişirilən yeməyin dadı ikinci plandadı, əsas ona sərf olunan zaman və əziyyətdir.

2. Kişilərin qadınların onları uşaq kimi əzizləməyi üçün lap ürəkləri gedir. Məsələn, saçlarını tumarlamaq, xəstələnəndə uşaq kimi onu əzizləmək – bir sözlə, qayğı göstərmək.

3. Kişilərə tərif demək. Amma qadına deyilən "necə də gözəlsən, ağıllısan" kimi təriflərdən fərqli olaraq, kişilərə "necə də güclüsən, sənin yanında özümü rahat hiss edirəm, məni himayə edə bilirsən" kimi sözlər desəniz, uduzmazsınız. Çünki kişilər gücə daha çox önəm verirlər. Onu da qeyd etmək lazımdır ki, kişilərə bu tərifləri deyərkən bunların sizin yanınızda etibarlı olduğunu da qeyd edin. Mənim gözümdə beləsən. Yəni kişi özünü sizin yanınızda güclü hiss etsin.

4. Kişilər bir şeyi dəfələrlə eşitdikdə ona qarşı biganələşir. Kişinin qüsurlarını birbaşa üzlərinə dedikdə utansalar da, bir müddətdən sonra "mən onsuz beləyəm" kimi düşünüb onu düzəltməyə cəhd göstərmirlər. Qadınlar kişilərin qüsurlarını dolayı yolla, yumşaldılmış formada onlara çatdırdıqda daha uğurlu olur. Məsələn, kişinin yalanını tutan zaman qadın bunu onun üzünə söyləməkdənsə, "xəbərim var, eyib olsun, çox təəssüf" kimi baxışlarla xırda atmacalar atsa, kişiyə bu, daha pis təsir edər, nəinki birbaşa söyləmək. Ümumiyyətlə, qadınlar bir az səbirli olsalar, kişilərdə daha çox olan günahkarlıq duyğusundan istifadə edə bilərlər.

Sonda isə onu qeyd etmək istəyirik ki, istər oxuduğunuz kitabla, istər baxdığınız filmlə, istər geyindiyiniz geyimlə, istərsə də istifadə etdiyiniz makiyajla həmişə maraqlı və baxımlı olmağa çalışın. ( Lent.az- Ailə)

Maraqlı     Baxılıb: 3815   Tarix: 23 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

hamilelikde qidalanma hamiləlik toy makiyajlari prezervativ ariqlamaq ucun kofe psixoloji məsləhətlər parfümeriya kosmetika vətən haqqında atalar sözləri gulmeli hakista ağır itki vətən həsrətinə aid bayatılar gozde olar