Qadınların gözəllik anlayışları – FOTOLAR

Qadınların gözəllik anlayışları – FOTOLARGözəllik, bəziləri üçün estetik, bəzilərinə görə ənənə və ya həyat tərzidir. Həmişə fərdi bir konsepsiya olmasına baxmayaraq, gözəllik yaşadığımız yerə görə dəyişir. Gözəllik anlayışı hər ölkəyə və hər qadına görə fərqli olur. Bir çoxumuza qüsur olaraq görünənlər, kimisi üçün gözəl görünə bilər.
Beləliklə, Türkiyə mediasına istinadən ölkələrə görə qadınların gözəllik anlayışları haqqında maraqlı məlumatları təqdim edir:
Bəzi Qərb ölkələrində dişləri muncuq kimi düzlmüş qadınların daha diqqətçəkici olduğu deyilir. Lakin Yaponiyada çarpaz dişlərə sahib olan qadınların daha gözəl göründüyünə inanırlar.
Burada yaşayan Yeni Qvineya xalqı bədənlərinə və üzlərinə döymə etdirən qadınların daha gözəl göründüyünü düşünür.
Cənubi Koreyada qadınların gözəl görünmə yöntəmi siyahımızın ən maraqlılarındandır. Burada qadınlar ürək şəklində bir üzə sahib olduqları zaman gözəl göründüklərini düşünürlər. Bunun üçün onlar bir neçə plastik əməliyyat belə, etdirirlər.
İranda daha çox burunun insanı gözəl göstərib-göstərmədiyi düşünülür. Hətta qadınlarla yanaşı, bir çox kişilər də burun əməliyyatı etdirirlər.
Myanmada dağ kəndlərində yaşayan qadınlar uzunboylu olduqları zaman gözəl göründükləri qənaətində olurlar. Onlar bu istəklərinə nail olmaq üçün özlərinə sözün əsl mənasında işgəncə verirlər. Boyunlarına halqalar taxaraq gözəl görünüşə sahib olduqlarını hiss edirlər. Mütəxəssislər halqanın çiyinləri zamanla aşağıya doğru itələyərək boynun uzanmasını reallaşdırdığını söyləyirlər.
Halqalar hər üç ildən bir üç ədəd artırılaraq ailə qurana qədər, ya da 20 yaşına qədər taxılır. Ən çox 32 halqa ola bilər. Düyüdən hazırlanan halqalar təxminən 10-12 kiloqram olur.
Efiopiyada bəzi qəbilələrdə qızlar alt dodaqlarına özəl hazırlanmış xüsusi qapağa bənzər əşyanı taxaraq gözəl görünüşə sahib olacaqlarını düşünürlər. Onların adətinə görə, ancaq 20 yaşına çatmış gənc qızlar bunu edə bilərlər. Alt dodaqlarını bir az kəsib daha sonra böyütməyə başlayırlar. Bu üsul ilə dodağın içinə yerləşən yumru əşya nə qədər böyük olarsa, gənc qız ailə həyatı qurduqda başlıq pulu da bir o qədər çox olur.
Tacikistanın bəzi yerlərində qaşları bitişik qadın gözəlliyin nümunəsi olaraq göstərilir. Yerli xalq birləşik qaşları şanslı bir həyatın işarəsi kimi də görür.
 Qadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLARQadınların gözəllik anlayışları – FOTOLAR

Gözəllik və Moda     Baxılıb: 4802   Tarix: 02 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

turlar.az

geyim necə seçməli reseptler kosmetoloq 2026 donları ev dekorasiyası qizilgul haqqinda melumat mastopatiya haqqinda kosmetika ziyafet geyimleri novruz hakistalari salam novruz hakisdalari hakisda