Qan artıran 14 ƏSAS QİDA

Qan artıran 14 ƏSAS QİDAQan azlığı çəkənlər yaxşı bilir, bu problem səbəbi ilə xüsusilə də qış aylarında insanın bədəni qızmaz. Nə qədər qalın geyinsən də bədənin titrəməsinə mane olmaz. 
Qan azlığının əlamətləri aşağıdakılardır:
- Rəngin solğun olması
- Səhərlər yorğun olmaq, gün ərzində halsızlıq
- Soyuğa dözümsüzlük, həddindən artıq üşümə
- Dırnaqların qırılması, əyilməsi
- Dildə düzləşmə, qızartı 
- Nəfəs çatışmazlığı, tez yorulma
- Əsəbi olmaq
- Ağız kənarında çatların yaranması
- Tez-tez xəstələnmək, immun sisteminin zəif olması
- Baş gicəllənməsi 
- Həzm sisteminin pozulması
Anemiya, qırmızı qan hüceyrələrinin sayı normadan aşağı düşdükdə meydana gəlir. Xalq arasında "Qansızlıq" olaraq bilinən anemiya meydana gəldikdə bəzi fəsadlarla qarşılaşma riskiniz ola bilər. 
Xoşbəxtlikdən qırmızı qan hüceyrələrinin səviyyəsi artırıla bilər və normal səviyyəyə gətirilə bilər. Bu məqamda bədəniniz üçün vacib olan vitaminlər və minerallar qəbul etmək çox vacibdir. Bədəndə olan yaxşı qan dövranı ilə bədənin orqanlarına, toxumalarına və hüceyrələrinə kifayət qədər qida və oksigen verilir. 
Əsas qan artıran qidalar aşağıdakılardır:
Quru üzüm - Qan azlığı probleminin ən əsas səbəblərindən biri bədəndəki qan dövranına dəstək olabiləcək qədər dəmir minerallarının tapılmamasıdır. Qan azlığı problemi yaşayırsınızsa gün ərzində bir ovuç quru üzümü tumu ilə birlikdə yeyərək bədəninizdəki dəmirin miqdarını artıraraq qan artımına dəstək ola bilərsiniz. 
Ciyər - Protein baxımından zəngin olduğunu bildiyimiz ciyər, eyni zamanda dəmir bə B vitamini baxımından da olduqca zəngin ye ək maddələrindən biridir. Bu səbəbdən də qan azlığı probleminin aradan qaldırılmasında ilk sıralarda yer alır. 
Mal əti - Gün ərzində 100 qr mal əti yeməklə gündəlik dəmir ehtiyacının 100 də 10-u ödəmək mümkündür. Qanı artırmaq üçün mal əti istifadə edərkən yağ nisbətimə və xolesterin riskinə diqqət etmək lazımdır. 
Yulaf - Dəmirlə zəngin olan və ət kimi qırmızı qan hüceyrələrinin artmasına təsiri olan yulaf, selenyum, fosdor və maqnezium baxımından da əhəmiyyətli bir qida mənbəyidir. 
İspanaq - İspanaqdakı dəmir zənginliyi " Popeye" xaraqteri ilə bütün dünyaya əks olunan bir həqiqətdir. Zəngin dəmir tərkibi sayəsində ispanaq qırmızı qan hüceyrələrinin artmasına kömək edir. 
Süd və süd məhsulları - Süd və süd məhsulları, tərkibindəki B12 vitamini sayəsində qırmızı qan hüceyrələrini qidalandırmaq və sayını artırmaq xüsusiyyətinə malikdir. 
Nar - Nar antioksidanlarla zəngin bir qış meyvəsidir. Bədəndəki əzələ toxumalarının oksigenləşməsini və qan axınını artırır. 
Soğan - Soğan, sarımsaqla birlikdə təbii antibiotik kimi bilinən qidalardan biridir. Soğan çox yaxşı bir antioksidan qaynağıdır. Qan axınını yaxşılaşdıraraq anemiya ilə mübarizə aparmağa kömək edə bilər. 
Pomidor - Gün ərzində 1 stəkan təzə pomidorun suyunu içsəniz günlük dəmir ehtiyacınızın 30 %-ni qarşılaya biləsiniz. 
Bəhməz - Bəhməz dəmir, kalsium fosfor, kalium ilə asan bəsləyici və enerji qaynağıdır. Dəmir tərkibi ilə qansızlığa qarşı çox gözəl gücləndiricidir. 20 qr bəhməzdə 20 mg dəmir var. 
Darçın - Bədənin ümumi sağlamlığı üçün çoxsaylı faydaları olan darçın: qan damarlarının genişlənməsinə və qan axının yaxşılaşdırılmasına da kömək edə bilər. 
Çuğundur - Təbii qaynaqlardan biri olan çuğundur nitratla zəngin bir qidadır. Buna görə də qan damarlarını rahatladıb, əzələ toxumasına qan axını artırmaq üçün faydalıdır. Çuğunduru həm bişmiş, həm çiy halda yeyə bilərsiniz. Şirəsini içmək çox faydalıdır. 
Zərdəçal - Hindistan mətbəxinin və qış aylarının sevilən ədviyyatlarından biri olan zərdəçalın sağlamlığa bir çox faydası var. Çin tibbində ənənəvi olaraq bir çox sağlamlıq problemini müalicə etmək üçün istifadə edilən zərdəçal: qan dövranını yaxşılaşdırmağa və qan damarlarını açmağa çox köməkliyi var. 
Qovun - Yaz mövsümünün ən məşhur meyvələrindən olan qovun B12 vitamini baxımından əhəmiyyətli bir qida qaynağıdır. Tərkibindəki bu vitamin sayəsində qırmızı qan hüceyrələrinin yenilənməsini asanlaşdıran, ürək və damar sağlamlığını qoruyan, immunitet sistemini gücləndirməyə kömək edən, xərçəng riskini azaldan qovun, streslə mübarizədə əhəmiyyətli bir silah olaraq istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1387   Tarix: 13 iyun 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu