Qan rənginiz nədən xəbər verir?

Qan rənginiz nədən xəbər verir?Bədəninizdəki bəzi simptomlardan oksigen səviyyəsinin aşağı olduğunu hiss edə bilərsiniz. Bu məsələ xüsusilə COVID-19 xəstəliyi səbəbi ilə son vaxtlarda gündəmədir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Muhammed Emin Akkoyunlu qandakı oksigen çatışmazlığının müxtəlif yollarla özünü göstərdiyini söyləyib. Qan rəngi ilə az oksigen arasındakı əlaqəni izah edən professor qeyd edib ki, qan rəngi və parlaqlığı oksigen səviyyəsindən asılı olaraq dəyişir:
"Məsələn, infarkt keçirdiyiniz zaman ürəyinizdəki damarda laxtalanma baş verir, sinənizdə təzyiq və əzginlik hiss edirsiniz. Bu, müəyyən bir toxuma və ya orqanda olan oksigen çatışmazlığına işarədir.
Ayaqlarda və ya qollarda arteriyalar dediyimiz oksigen ötürən damarlarda tıxanma baş verir ki, bu da nəticədə həmin nahiyədə göyərmənin meydana gəlməsinə səbəb olur.
Əgər qandakı oksigen miqdarı çoxdursa, yəni qan oksigenlə doyursa, açıq qırmızı görünür. Ancaq qan oksigen ilə doymayıbsa, yəni oksigen miqdarı yetərsizdirsə, tünd qırmızı görünür. Əslində, qana parlaq rəng verən oksigendir. Dırnaq uclarına və dodaqlara da rəng verən qismən parlaq qırmızı və tünd qırmızı qanın təzadlı olmasıdır".
Mütəxəssis bədəndəki bəzi siqnalların oksigen səviyyəsini göstərdiyini söyləyib:
"Dodaq, dırnaq və barmaq uclarımızdakı rəng bənövşəyi rəng alırsa, deməli, bu bölgədə oksigen çatışmazlığı var. Xüsusilə dodaqlar və barmaqlar bizim üçün çox vacibdir. Bu bölgələr bədənin kənar ətrafları olmasına baxmayaraq, ümumi oksigen çatışmazlığını ilk olaraq göstərir.
Məsələn, çox soyuq suya girib çıxdıqda bədən istiliyini artırmaq üçün damarlar büzüşür. Əllərə və dodaqlara çox qan axını olmur və oksigen azaldıqca qan rəngi tündləşməyə başlayır. Bütün bu əlamətlərin üşüyəndə baş verməsi normal və müvəqqətidir, lakin normal şəraitdə, soyuqdəymə olmadıqda, dodaqlarda və barmaqlarda tünd rəng varsa, ya qanda oksigen ötürülməsində, ya da qan dövranında problem var. Bu halda mütləq həkimə müraciət edin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 26 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

toy makiyaji sekilleri adlarin menasi geyim və ayaqqabılar buxaq kələm salatı orucluqda cinsi əlaqə evdarlıq kitabı kosmetika kahfe fali suni mayalanma sanamalar veten hakisda