Qanda xolesterin səviyyəsini azaltmağın yolları

Qanda xolesterin səviyyəsini azaltmağın yollarıBir qrup diyetoloq və həkim qanda xolesterin səviyyəsini azaltmaq üçün qidalanma qaydaları haqqında danışıb. 
Publika.az xəbər verir ki, alimlər sağlamlığı qorumaq və ürək-damar sisteminin fəaliyyətini normallaşdırmaq üçün pəhrizə hansı qidaların daxil edilməli olduğunu izah ediblər.
Diyetoloq Liza Yanqın fikrincə, yüksək xolesterin təkcə düzgün olmayan pəhrizin nəticəsi ola bilməz. Bu, irsi də ola bilər. Bununla belə, həkim əmin edir ki, balanslı qidalanma və məşqin köməyilə göstəriciləri yaxşılaşdıra bilərsiniz: "Bir qidalanma mütəxəssisi kimi şəxsən görmüşəm ki, ürək üçün sağlam rasion LDL xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bu, meyvə, tərəvəz və sağlam zülallarla zəngin, şəkər, duz və doymuş yağ az olan qidalardan ibarətdir".
Anadangəlmə yüksək xolesterini olan tibb elmləri namizədi Kristina Laboni öz təcrübəsini bölüşüb. Laboninin dediyinə görə, o, səhər yeməyində yulaf sıyığı yeyərək xolesterin dərəcəsini normal saxlamağa nail olur. "Yulaf qanımızda LDL xolesterin səviyyəsini aşağı salmağa kömək edən lifi ehtiva edir", - o qeyd edib. 
Professor Trista Best rasionunda şəkərli qazlı içkilərə diqqət çəkib. Onun fikrincə, xolesterinlə bağlı problemi olanlar onların istifadəsini həmişəlik unutmalıdır.
Diyetoloq Veronika Rouz oxşar problemi olan insanlara sağlam qida əlavəsi - psillium və ya bağayarpağı qabığından istifadə etməyi tövsiyə edib. Tərkibində xolesterini azaltmağa kömək edən lif var. "Psillium tozunu şirəyə və ya digər içkilərlə qarışdıra bilərsiniz. O, həmçinin  kapsula şəklində də var" deyən Rouz bunu etməzdən əvvəl həkimlə məsləhətləşməyə çağırıb.
Həkim Alissa Bernison sağlam yağlar yeməyin əhəmiyyətindən danışıb: "Məsələn, qoz ürək üçün faydalı olan Omeqa-3 yağ turşularının bitki əsaslı versiyaları ilə zəngindir və bu, ümumi xolesterin və triqliseridləri aşağı salır". 

Sağlamlıq     Baxılıb: 2034   Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

donlar 2026 toy makiyaji sekilleri maskalar xeyanet aksesuarlar erotik geyim kişilərə təsir etmək kosmetika haxisdalar həmidə lakonizm baldiz novruz bayramina aid