Qanı təmizləyən və duruldan təbii qarışıq. RESEPT
Qanın laxtalanmasının artması təhlükəli haldır. Bu damarlarda trombların əmələ gəlməsinə səbəb ola bilər.
Tromb qan laxtasıdır. Bu laxtalar qanın axını ilə daha nazik damarla düşə bilər və onları bağlaya bilər. Tromb ürəyin damarını bağladıqda bu infarkta, beyin damarlarını bağladıqda insulta səbəb ola bilər.
Müasir insanların əksəriyyəti az hərəkət edir, çoxlu yağlı, qızardılmış qidalar qəbul edir, kifayət miqdarda su içmir. Bu isə qanın qatılaşmasına səbəb olur.
Diqqətinizə qanı təmizləyən, duruldan, tərkibini yaxşılaşdıran, xolesterinin səviyyəsini aşağı salan çox faydalı və dadlı qarışıq təqdim edirik.
Resept
- 1/2 stəkan noxud
- 2 x.q. zeytun yağı
- 2 diş sarımsaq
- 1 x.q. limon şiirəsi
- hərəsindən bıçağın ucunda qırmızı istiot, zəncəfil, sarıkök
- 2 ədəd mixək (qəhvəüyüdəndə üyüdmək lazımdır)
Hazırlanması:
1. Noxud yuyulur və axşamdan bir qədər soda əlavə olunmuş suda isladılır. Səhər suyu süzülür, noxud hazır olana qədər bişirilir.
2. Bişmiş noxudun qabıqları soyulur və noxud blenderdə əzilir.
3. Zeytun yağı, sarımsağəzənlə əzilmiş sarımsaq, limon şirəsi, ədviyyatlar əlavə olunur, yaxşı qarışdırılır.
4. Hazır qarışığı soyuducuda saxlayın və hər gün 2-3 xörək qaşığı olmaqla qəbul edin (çörəyə çəkmək olar).
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi