Qanunsuz böyrək bazarı: insan öz orqanını sata bilərmi?

Qanunsuz böyrək bazarı: insan öz orqanını sata bilərmi?Son günlər sosial şəbəkələrdə və müxtəlif ictimai yerlərdə orqan satışı ilə bağlı elanlar yerləşdirilir. Xüsusən də böyrək satışına daha çox rast gəlinir. Hətta bu orqanını 40-50-70 min manata təklif edənlər də var. Hüquqşünaslar orqan satışının qanunla qadağan olunduğunu, Həkimlər isə insanların yalnız öz qan qohumuna donor ola biləcəyini söyləyirlər. Başqasına can verib, özlərini yarımcan qoymaq istəyənlərlə bağlı qanunvericilikdə nə nəzərdə tutulub? 
Milli.Az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında dünyanın heç bir yerində kiminsə orqanını satması ilə bağlı praktikanın olmadığını deyib.
Onun sözlərinə görə, Azərbaycanda orqanların satışı ilə bağlı elanların qanuni əsası yoxdur və onlar kriminal mahiyyət daşıyır: "Heç bir halda qeydiyyatdan keçmədən başqasından orqan köçürməyə qanun icazə vermir. Amma təəssüflər olsun ki, biz bu gün ölkəmizdə orqan satışı ilə bağlı müxtəlif elanlara rast gəlirik. Ümumiyyətlə, donor olmaq istəyən şəxs ancaq öz qan qohumuna orqan verə bilər. Donor haqqında qanuna görə, donor bankı olmalıdır. Donor bankı beyni ölüm keçirmiş insanlardan orqan toplanmasının hesabına həyata keçirilir. Yəni ata, ana və digər ailə və qohum olan üzvlər bir-birinə orqan vermək borcunda deyil".
Həkim-terapevt Rasif Bağırov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, orqan transplantasiyası ilə bağlı qanuna görə, insan öz böyrəyini ancaq qohumuna verə bilər. Onun kənar adama satışı qanunla nəzərdə tutulmayıb.
Həkimin sözlərinə görə, tək böyrəyə hər hansı xəstəlik düşərsə, xroniki xəstəliyə yoluxarsa bu, orqanizmdə ciddi fəsadlara yol aça bilər: "Yaxud da böyrəkdə daş əmələ gələrsə və o sidik axarına düşərsə həmin anda o gərək götürülsün. Çünki 1-2 gün daş böyrəkdə qaldıqda kreatin 600-ə qalxır və dializə getməyə məcbur qalır. İki böyrək olanda isə birində daş axara düşdükdə digər böyrək öz funksiyasını yerinə yetirir. Belə olan halda xəstə böyrəkdə müalicəni aparmaq daha təhlükəsiz və rahat olur".
Hüquqşünas Şamil Paşayev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib.
Onun sözlərinə görə, qeyd olunmuş klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur:
"Orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycanda qəbul olunmuş qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır".
Qeyd edək ki, pul müqabilində orqan satışı yolverilməzdir və könüllü olsa belə qadağandır. Bu əməllə məşğul olan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır. Sosial şəbəkələrdə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanlar isə Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının alqı-satqısı 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir sıra hallarda daha ağır cəzalar tətbiq edilə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1213   Tarix: 25 dekabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

sac duzumleri geyim dəbləri yemek reseptleri hüquqşünas xəyanət kişi xəyanəti hamiləlik həftələri kosmetika dolça əqrəb qardasa aid haxistalar novruz bayramina aid burclerin uygunlugu