Qara quşüzümünün faydaları

Qara quşüzümünün faydalarıQara quşüzümü çoxillik kol bitkisinin meyvəsidir. Quşüzümü kolunun hündürlüyü 3-10 metrə qədər qalxa bilir. Onun gövdəsi boz, yarpaqları tünd yaşıl, meyvələrinin rəngi isə qara və ya tünd-bənövşəyi rəngdə olur. Qara quşüzümünün çiçəkləri xırda, yumşaq, ağ və ya ağın sarı çaları rəngində olur. Qara quşüzümü yabanı halda yetişir və heç bir qulluq tələb eləmədən böyüyə bilir. Ona adətən yol kənarlarında, meşəliklərdə rast gəlinir. Qara quşüzümünün orqanizm üçün faydaları qırmızı quşüzümdən daha çoxdur. Müalicə məqsədilə xüsusi olaraq qurudulmuş quşüzümü çiçəklərindən və meyvələrindən istifadə edilir. Nadir hallarda isə onun kökünü də müalicə məqsədilə istifadə edirlər.
Quşüzümü meyvələrini və çiçəklərini toplayarkən onların tamlığının pozulmamasına diqqət yertirmək lazımdır. Adətən onun çiçəkləri may-iyun aylarında günorta vaxtı toplanır. Müalicə məqsədilə toplanacaq çiçəkləri saat 2-4 arası toplamaq daha məqsədəuyğun sayılır. Yağışdan sonra toplanan çiçəklər müalicə üçün effektli sayılmadığına görə çiçək toplayarkən havaya da diqqət yetirmək lazımdır. Qurumuş quşüzümü çiçəklərini və meyvəsini 2-3 il müddətinə saxladıqda onlar öz keyfiyyətini itirmir.
100 qram qara quşüzümünün tərkibində olanlar:
- Zülallar - 0,65 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 11,5 qr
- Su - 79,8 qr
- Kalori - 73 kKal.
Qara quşüzümü çiçəyi mürəkkkəb kimyəvi təsirə malikdir. Onun tərkibində sambuniqrin qlikozidi, rutin qlikozidləri, orqanik turşular, valerian, kofein, alma sirkəsi, etilizobutin, izomilamin, karotin, qətran, selik maddə, parafin və şəkər var. Qara quşüzümü meyvəsinin tərkibi isə askorbin turşusu, karotin, A vitamini, efir yağları, qeksen və qlikolin aldehidləri, tanin, qətran və s. ilə zəngindir. Onun kökündə efir yağları, xolin və fitosterin var.
Əvvəllər bəzi bölgələrdə yaşayan insanlar yaz aylarında qara quşüzümünün cavan zoğlarını müxtəlif salatlara əlavə edirdilər. Onun cavan zoğları və körpə yarpaqları sidikqovucu təsirə malikdir.
Qara quşüzümü şirəsini ağ şəraba qatdıqda şərab xüsusi dada malik olur. Onun meyvələrini içkilərin dadlandırılması zamanı istifadə edirlər. Qara quşüzümü şirəsindən parçaların rənglənməsi üçün geniş istifadə edilir. Bəzi yerlərdə qışa saxlanılan almaları quşüzümü yarpaqları və çiçəklərinin arasında saxlayırlar. Bu almalara xüsusi qoxu bəxş edir. Xalq təbabətində qara quşüzümünün çiçəklərindən, yarpaqlarından və kökündən istifadə edilir. Bu bitki həm təzə, həm də quru halda olduqda orqanizmə eyni təsiri bağışlayır. Onun təzə meyvələrindən hepatitlərin və mədə xəstəliklərinin müalicə-profilaktikasında geniş istifadə edilir. Qurumuş meyvələri isə malyariya xəstəliyi zamanı çox faydalıdır.
Mədə və dəri xərçəngi xəstəliyinin müalicəsində qara quşüzümünün çox faydalı olduğu söylənilir. Nevralgiya zamanı qara quşüzümü yemək xəstəliyin əlamətərini azaldır. Tərkibində olanlar orqanizmə antibakterial, tərləmə əleyhinə təsir göstərir və soyuqdəymə əlamətlərini aradan qaldırır. Xalq təbabətində yarpaqlarından dəri və böyrək xəstəlikləri zamanı istifadə edilir. Qara quşüzümü giləmeyvəsinin dəmləməsi(1:10 nisbətində) orqanizmə ödqovucu, sidikqovucu təsir göstərir, bağırsaqların işini sürətləndirir. Podaqra və revmatizm xəstəlikləri zamanı onun yarpaqlarından dəmlənmiş çayı içmək xəstəliklərin əlamətinin azalmasına səbəb olur.
Qara quşüzümünün zərərli xüsusiyyətləri
Qara quşüzümü bəzən orqanizm üçün zərərli ola bilir. Bu ən çox özünü şəkərli diabetdən əziyyət çəkən adamlarda, hamilə qadınlarda və kolit xəstələrində daha çox göstərir. Kron xəstəliyindən əziyyət çəkənlərə qara quşüzümündən istifadə eləmək məsləhət deyil. Quşüzümü toplayarkən onun qara və ya qırmızı olmasına dsiqqətlə nəzarət eləmək lazımdır. Belə ki, qara quşüzümündən fərqli olaraq qırmızı quşüzümü orqanizm üçün çox təhlükəli hesab edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1602   Tarix: 20 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler toy gecesi salatların hazırlanması doslu qizlar hakistalar hicab 2026 kosmetika novruza aid hakisda vidyolar hakıştalar eqreb sevda