"Qara su" xəstəliyi - Qlaukoma. Səbəblər, müalicə, fəsadlar

Hazırda dünyada korluğa səbəb olan başlıca göz xəstəlikləri arasında qlaukoma birinci yerdədir. Bu xəstəlik görmə itiliyinin zəifləməsinə də səbəb olur.
Dünyada qlaukoma xəstələrinin sayı 100 milyona yaxınlaşır desək, yalan olmaz. Gözün bir neçə xəstəlikləri var ki, simptomsuz və gizli şəkildə irəliləyir. Onlardan biri və bəlkə də ən təhlükəlisi qlaukomadır. Bu xəstəlik əksər hallar 35-40 yaşdan yuxarı insanlarda müşahidə olunur. Təbii fizioloji proseslə, görmə qabiliyyətinin tədricən azalması ilə inkişaf edə bilir. Qlaukoma xəstəliyi insanın öz sağlamlığına ciddi yanaşmasını və daima həkim müayinəsindən keçməyi tələb edir.
Bəs bu xəstəliyin yaranma səbəbi nədir? Kor olmadan bu problemdən qurtulmaq mümkündürmü?
Oxu.Az-ın bu və digər suallarını həkim oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının üzvü İmran Cərullazadə cavablandırıb.
- El arasında "Qara su" kimi tanınan - qlaukoma xəstəliyi ümumiyyətlə nədir?
- Bu dünyada geriyə qaytarıla bilməyən korluğun ilkin səbəblərindən biridir. Bu xəstəlik genetikdir və valideynlərdə varsa, 100 faiz uşaqlara və ya onların uşaqlarına keçəcək. Mütləq yoxlamalar aparılmalıdır. Əvvəl bu xəstəliyə diaqnoz qoymaq çox çətin olurdu. Lakin indi müasir cihazlar var ki, 4-5 il öncədən gözdə qlaukomaya meyilliliyin olub-olmadığını müəyyən edə bilir. Bu da xəstəliyin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün mükəmməl fürsətdir. Bu cihaz çox bahalıdır və Azərbaycanda da var.
- Bu xəstəlik özünü daha çox hansı yaş qrupları arasında göstərir?
- 40 yaşa qədər çox az hallarda rast gəlinə bilər. Lakin 40-45 yaşdan sonra artıq xəstəliyin orqanizmdə gedişatı başlayır və bir neçə ilə ərzində korluğa gətirib çıxara bilir. Onu da deyim ki, qlaukomanın iki növü var - anadangəlmə qlaukoma ya da 45-yaşdan sonra özünü büruzə verən. Anadangəlmə qlaukoma varsa, cəmi bir il ərzində insan kor olur. Digər növü isə dediyim kimi gizli şəkildə inkişaf edərək korluğa apara bilir.
- Qlaukomanı göz xərçəngi adlandırırlar. Hərdən "Mirvari suyu" ilə "Qara su" xəstəliklərini qarışdırırlar.
- El arasında "Mirvari suyu" kimi tanınan xəstəliyin tibbdə adı kataraktadır. Bu xəstəlik özü də korluğa gətirib çıxara bilir. Hətta "Mirvari suyu"(katarakta) kimi bilinən xəstəlik "Qara su"(qlaukoma) kimi tanınan xəstəliyin başlanğıc mərhələsi ola bilir. Sadəcə katarakta əməliyyatla aradan götürülə bilir, lakin qlaukoma yox. Əgər qlaukomanı birinci mərhələlərdən müəyyən edib erkən müalicələrə başlanılsa, korluğun qarşısını almaq olar. Mən deyərdim ki, 90-95% faiz korluğun qarşısını almaq olur.
Düşünmürəm ki, bu xəstəlikləri qarışdıran kolleqalar olsun. Onları bir-birinə bənzədən hər ikisinin adında "su" sözünün olmasıdır. Ümumiyyətlə göz daxili təzyiqin yüksək olmasından asılı olaraq, gözdə qlaukomanın yaranma riski də artır. O da dediyim kimi insan göz təzyiqini hiss edə bilməsi üçün, göz təzyiqi 40-dan yüksək olmalıdır. Amma qlaukoma göz təzyiqi 20 olanda da yarana və inkişaf edə bilər.
- Qlaukomanın ən təhlükəli tərəfi nədir?
- Xəstəliyin gizli şəkildə getməsidir. Ən son zamana qədər insan bilmir ki, onda bu xəstəlik var. Fərz edin ki, sinirlərin 90 faizi ölməyənə qədər gözdə heç bir problem hiss edilmir. Bu halda insan 100 faiz görmə qabiliyyətini qoruya bilər. Lakin o son 5-10 faiz sinir ölməyə başlayanda, proses nisbətən sürətlənir və artıq insan kor olur. Bunun da qarşısını almaq üçün çox gec olur. Ona görə də insanların müəyyən dövrdən bir, heç olmasa ildə bir dəfə həkim oftalmoloq müayinəsində olması önəmlidir.
Müayinə zamanı göz təzyiqinin yüksək olması müəyyən edildikdən sonra onu dərman müalicəsi ilə normada saxlamaqla qlaukomanın yaranmasının qarşısını almaq mümkündür. Amma artıq görmə itirilibsə, hər şey üçün gecdir.
- Bəs qalukoma zamanı gözlərdən birini qorumaq mümkün olurmu?
- Əgər yalnız bir gözdə aşkarlanıbsa, bu digər gözə də keçə bilər. İnfeksiya kimi zənn edin. İnsanın geni birdir, əgər bir gözdə varsa, böyük ehtimalla digər gözə də keçəcək. Amma erkən təsbit və müalicə xəstəliyin gedişatını ləngidə bilər.
Çünki xəstəlik görmə bucağının daralması ilə gedir. İnsan tam kor olana qədər elə bil binokl içərisindən baxır. Son liflər ölən zaman isə artıq həmin qaraltı sürətlə artır və qısa zamanda hər yer qaranlıq olur.
- Ölkədə qlaukomadan əziyyət çəkən nə qədər adam var?
- Bununla bağlı rəqəm demək çətindir. Amma gündəlik mənim özüm 2-3 birincili qlaukoma xəstəsi qəbul edirəm. Azərbaycanda digər xəstəliklər kimi bu xəstəlik də çox müşahidə edilir. Ona görə ki, cəmiyyət olaraq son mərhələyə qədər həkimə getməmək üçün dirənirik. Bu da bizim ən pis cəhətimizdir. Sağlamlığımızın qeydinə qalmırıq.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 956   Tarix: 18 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

turlar.az

gözəllik məhsulları qaşların formalari yemek reseptleri vaginal təmizlik bürclər 2026 yay donlari azad qadin kosmetika qogal usaq geyimleri novruz hakıştası dovsan qadin.az