Qara və qırmızı qarağatın faydaları

Qara və qırmızı qarağatın faydalarıQara qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir.
Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.
Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.
Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.
Qara qarağat dəmirlə zəngindir. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir.
Bundan əlavə qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır.
Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir.
Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır.
Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.
Qara qarağat iltihab və revmatizməleyhinə, antiseptik xüsusiyyətlərinə malikdir.
Qara qarağat kapilyar və damarlar üçün da çox xeyirlidir - onları təmizləyir, elastikliyini artırır.
Bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlhəmgətirici və iltihabəleyhinə təsir edir.
Qara qarağatın yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlara əlavə edirlər.
Profilaktik məqsədi ilə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar.
Körpə uşaqları çimizdirdikdə vannaya qara qarağat yarpaqların dəmləməsini əlavə etmək olar. Bu çox təsirli antiseptik vasitədir.
Qara qarağatla müqayisədə qırmızı qarağatın kimyəvi tərkibi daha "kasıbdır". Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır, lakin yod daha çoxdur.
Qara və qırmızı qarağat sidikqovucu xüsusiyyətlərinə malikdir və böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir.
Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur. Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.

Sağlamlıq     Baxılıb: 3645   Tarix: 12 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

kosmetik vasiteler gozel gorunmek yaz geyimleri 2026 enli koftalar süfrə bəzədilməsi zirinc faydalari yaglarin faydasi kosmetika novruz bayramına aid hakıştalar rus dilini öyrənək 2 ci dərs maska vusale elizade irem derici