Qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə kömək edir

Qaraciyərin zəhərli maddələrdən təmizlənməsinə kömək edirQaraciyər bədəndə süzgəc rolunu oynayan əsas təmizləyici orqandır, lakin onun imkanları hədsiz deyil. Fastfud yeməkləri, eləcə də tərkibində doymuş yağlar, artırılmış şəkər və sintetik inqrediyentlər əlavəsi olan emal edilmiş ərzaqlar bu "filtri" çox asanlıqla yükləyə bilir ki, nəticədə də qaraciyər öz vəzifəsinin öhdəsindən çətinliklə gəlir. Zəhərli maddələr qaraciyərə dolduqda yorğunluq, ürəkbulanma, köp və qarın işləməsində problemlər əmələ gəlir, ağır hallarda isə qaraciyər çatışmazlığı inkişaf edir. Bəzi ərzaqlar qaraciyəri zəhərli maddələrdən təmizləyir, onun düzgün fəaliyyətini təmin edir. Bu ərzaqlardan biri də sarımsaqdır. Bəs sarımsağı qaraciyərin effektli təmizləyicisinə çevirən nədir?
Milli.Az bildirir ki, AZƏRTAC "MedikForum"a istinadla bu barədə məlumat verir.
Ədviyyəli tərəvəz zəhərləri birbaşa çıxarmağa qadir deyil. Bunun əvəzində sarımsaq qlütationun - zərərli sərbəst radikalların əmələ gətirdiyi oksidləşdirici stresdən müdafiə edən antioksidantın təbii yolla yaranma prosesini artırmağa kömək edir. Bu, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onu iltihaba, xəstəliklərə daha az meyilli edir. Mütəxəssislər təsdiqləyirlər ki, yaş ötdükcə orqanizmdə qlütationun əmələ gəlməsi azalır. Onun miqdarını sadə effektli üsulla artırmaqdan ötrü rasiona sarımsaq əlavə etmək lazımdır.
Bundan əlavə, bu tərəvəzin tərkibində selen var. Qlütationa bənzəyən bu mikroelement antioksidant kimi təsir göstərir, qaraciyərin zəhərli maddələrdən müdafiəsini yaxşılaşdırır.
Sarımsağı necə yemək məsləhətdir? Bu tərəvəzi çiy yemək daha faydalıdır. Həm də yeməmişdən əvvəl sarımsağı doğramaq və ya əzmək lazımdır - bu, onun tərkibindəki faydalı birləşmələrin üzə çıxmasına kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1173   Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq