Qarın piylərinin əridilməsi

Qarın piylərinin əridilməsiQarın piylərinin əridilməsi normal görünmək istəyən hər kəsin arzusudur və şişman qarın bir sıra xəstəliklərin mənbəyidir. Xanim.az bildirir ki, bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Piy hüceyrələrinin bölünməsi iki formada olur: ya hüceyrələr iki, sonra dörd yerə bölünməklə artıb çoxalır, ya da hüceyrələr şişərək böyüyürlər. Ayaqda və qolda olan piy hüceyrələri iki yerə bölünərək artan hüceyrələrdir. Həmin hüceyrələr dayaq-hərəkət sisteminin fəaliyyətində iştirak edir və əzələlərə yardım göstərir, qarın piyləri isə şişərək böyüyür. Onlar çox təhlükəlidir və artıq yük kimi əziyyət verir, çünki həmin piylər qarındakı bütün orqanları sıxır və onun normal işləməsinə mane olur".

Bəs niyə qarın qabağa çıxır və onun böyüməməsi üçün nə etmək lazımdır? Həkim-fitoterapevt həmin sualın cavabında deyib: "Qarın piyləri qarın əzələləri tonusdan düşəndə irəli çıxmağa başlayır. Onun qarşısını almaq üçün ilk növbədə hər gün press hərəkəti etmək lazımdır. Bunu etmək üçün əvvəlcə arxası üstə uzanaraq divara və ya çarpayıya bağlanmış ipin köməyi ilə qarın press hərəkəti edilir. Mütəmadi hərəkət edəndə ipə ehtiyac qalmır, hərəkətlər gündə 3 dəfə və hər birində 20 dəfə olmaqla yerinə yetirilir. Qarın hüceyrələri şişib böyüyəndə kip korsetdən istifadə etmək olar".

Bəs bu sahədə hansı xalq təbabəti reseptlərindən istifadə etmək olar? Xalq təbabəti bilicisi bunun üçün bir neçə resept məsləhət görüb: "100 qram acı bibər qəhvəüyüdəndə toz halına salınır, yarım litr zeytun yağı ilə qarışdırılıb qarına çəkilir və üstündən korsetlə bağlanır. Dərini yandırmaması üçün əvvəlcə az yağ çəkilir və korset səhərdən axşama qədər çıxarılmır, yatmazdan əvvəl çıxarılır və dəri yuyulur. Hərəkət edilərkən fəal həyat tərzi yaşamaq və gündə 5 kilometrdən artıq gəzmək lazımdır. Prosedur zamanı həftədə bir dəfə qarın diametri ölçülür.

Bağırsaq mənşəli köpmə də ola bilər. Bağırsaqların hərəki fəallığı azalanda sürətli addımlarla gəzmək lazımdır. Gündə 5 kilometr hərəkət bağırsaqları işləməyə məcbur edir və tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.

Sağlamlıq     Baxılıb: 2823   Tarix: 15 fevral 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

geyim dəbləri kosmetik vasiteler toy gecesi ud hindi faydalari çantalar qara gavalinin faydalari prostat vəzi kosmetika həmidə şəhid novruza aid hakista fitat