Qaşlara və kirpiklərə qulluq edilməsi

Qaşlara və kirpiklərə qulluq edilməsiSaçlara olduğu kimi, qaş və kirpiklərə də daimi qulluq edilməsi tələb olunur. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir. Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumur-ta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.

Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz – bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə səbəb olur! Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.

Təmizləndikdən sonra qaşlara və kirpiklərə vitaminləşdirilmiş qidalandırıcı balzam və ya yağlar (badam, ayıpəncəsi, gənəgərçək, çaytikanı, zeytun) sürtmək lazımdır. Kiçik yumşaq fırçanı hazırlanmış maskanın içərisinə saldıqdan sonra onu kirpiklərin üzərinə (gözə düşərək qıcıqlanma verməsinin qarşısını almaq məqsədi ilə bilavasitə kökləri olan nahiyədən deyil, təxminən orta hissəsindən başlayaraq) sürtmək lazımdır. Hazırda kirpiklərə qulluq vasitələrinin çox hissəsi kiçik fırçası ilə birlikdə şəffaf müalicə tuşu şəklində buraxılır. Onları da kirpiklərə tuş kimi sürtürlər. Qaşları da hər gün qabaqcadan gənəgərçək, ayıpəncəsi, badam yağında islatmaqla, kiçik fırça ilə daramaq lazımdır.

Qaşların və kirpiklərin uzanmasını sürətləndirmək üçün aşağıdakı tərkibdən istifadə etmək olar: vitamin A-nın yağlı məhlulundan 15 damcı + Vitamin E-nin yağlı məhlulundan 15 damcı + hərəsindən 1 çay qaşığı olmaqla badam və gənəgərçək yağı. Yaxşıca qarışdırdıqdan sonra bu maskanı qaşlara və kirpiklərə sürtmək lazımdır. Bu tərkibdən mütəmadi olaraq istifadə edildikdə qaş və kirpiklərin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmış olur.

Qaşların masaj edilməsi də xeyirli hesab edilir: kiçik çimdikləmələr, qaşlara barmaqlarla yüngülcə təzyiq edilməsi, vibrasiya
(şəhadət və adsız barmaqlarla qaşların üzərinə yüngülcə döyəcləmək). Göstərilən bütün bu hərəkətlər qaşların xətti boyunca burun üstü nahiyənin ortasından gicgahlara doğru olmalıdır.

Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kir-piklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər. Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər.

Qaşlar töküldüyü halda aşağıdakı maskalardan istifadə etmək olar:

Əncirin qurudulmuş meyvələrini süddə bişirib bir neçə qat tənzifin üzərinə yaxaraq qaşların töküldüyü sahəyə qoymaq lazımdır. Daha sonra isə üzərinə kom-pres kağızı və xovlu dəsmal qoyaraq 1 saat ərzində saxlamaq tövsiyə olunur.
Gülünbahar bitkisinin çiçəklərindən 1 xörək qaşığı götürüb üzərinə 5 xörək qaşığı arağı əlavə edin və 1 gün saxlayın. Maska şəklində istifadə edilməzdən əvvəl onu yarıbayarı olmaqla su ilə qarışdırırlar. Tənzif zolaqlarını bu ekstraktda isladaraq, qaşların töküldüyü sahəyə qoyub, 1-1,5 saat müddətində saxlamaq lazımdır. Bunu hər gün və ya günaşırı olaraq təkrar etmək olar.
1 çay qaşığı badam və gənəgərçək yağı götürüb üzərinə 1-2 damcı da kamfora yağı əlavə edilir. Alınan maskanı istifadə etməzdən qabaq bir qədər qızdıraraq, onunla isladılmış pambıq tamponu qaşların üzərinə qoymaq və 5-10 dəqiqə saxla-maq lazımdır. Bu maskadan kirpiklərin seyrəlməsi zamanı da istifadə etmək olar.

Gözəllik və Moda     Baxılıb: 3361   Tarix: 14 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

turlar.az

reseptler yay kolleksiyasi toy makiyaji sekilleri cəmiyyət qalin saclara qulluq salatlarin dizayni islamda qadinlar kosmetika vətən haqqında atalar sözləri qiz evi sağlıq hakisdalar novruz bayramina aid hakisdalar