Qeybi bilmək yalnız Allaha məxsusdur

Qeybi bilmək yalnız Allaha məxsusdur"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" (əl-Ənam, 6/59)
Qeyb - ağıl və hiss yolu ilə haqqında bilik əldə etmək mümkün olmayan varlıq sahəsi deməkdir. Müqəddəs Kitabımızda altmış yerdə işlənən bu kəlmə Allaha (c.c.) nisbət edilən yerlərdə yalnız Allahın bildiyi mütləq qeybi bildirir. Bununla yanaşı, Qurani-Kərimdə Rəbbimizin bəzi bəndələrinə qeyb haqqında məlumat verdiyi də bildirilir. Məsələn, Həzrəti İbrahimə (ə.s.) göylərin və yerin səltənəti göstərilmiş (əl-Ənam, 6/75), Həzrəti Yusifə (ə.s.) də röyaları yozmaq elmi və qövmünün yeyəcəyi yeməkləri əvvəlcədən bilmə qabiliyyəti verilmişdir (Yusif, 12/21, 37). Buna görə qeybi ikiyə ayırmaq mümkündür: biri yalnız Allahın bildiyi mütləq qeyb, digəri isə Onun bildirməsi ilə insanların da bilə biləcəyi izafi (nisbi) qeyb. Qiyamətin nə vaxt qopacağı mütləq qeyb nümunələrindəndir. Bunu Allahdan başqa heç kim, ya təbii yoldan və yaxud bir vasitə ilə də olsa, heç cür bilə bilməz. Yağışın nə zaman yağacağı, rəhmdə uşağın varlığı və cinsi isə nisbi qeybin nümunələrindəndir. Bu biliklər təbii vasitələrə görə qeyb biliyidir, meteorologiya və tibbi vasitələrə görə insanların əldə edə biləcəyi biliklərdir. Bu qeyb növünü (nisbi qeybi) vasitələrlə bilmək mümkündür, lakin bunu bilməklə insanlar qeybi bilmiş sayılmırlar. Çünki həmin vasitə icad edildiyi andan etibarən onunla əlaqəli bilik "qeyb biliyi" olmaq qüvvəsini itirir.
Sevgili Peyğəmbərimiz (s.ə.s.) də Allahın (c.c.) ona öyrətdiklərindən başqa, qeyb haqqında bilik sahibi deyil. Loğman surəsinin 34-cü ayəsində Allahın elm və qüdrətinin sonsuzluğunu xülasə edən və ilahi bilik ilə insan biliyi arasındakı böyük fərqi göstərən ifadələr yer almaqdadır:
"Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!"
Klassik təfsir kitablarında bu ayəyə istinad edərək qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını, ana bətnindəki uşağın cinsinin və dərisinin rənginin nə olduğunu, insanın gələcəkdə nələr əldə edəcəyini, gələcəkdə hansı hallarla qarşılaşacağını və na vaxt, harada öləcəyini Allahdan başqasının bilməyəcəyi irəli sürülüb, beləliklə, onlara "müğayyəbati-xəmsə (beş bilinməyən)" deyilmişdir. Halbuki ayədə qiyamətin nə zaman qopacağı elminin yalnız Allaha aid olduğu, beləliklə, heç kimin sabah nə əldə edəcəyi və harada öləcəyini bilə bilməyəcəyi, beləcə, bu biliklərin yalnız Allaha aid olduğu bildirilir. Lakin yağışın yağma vaxtı və ana bətnindəki uşaq haqqında "Bunları da, sadəcə, Allah bilir" kimi bir məhdudiyyətin olmadığı, yalnız yağışı Allahın yağdırdığı, beləliklə, zamanını da, Onun ana bətnindəkiləri də bildiyi ifadə edilir. Bu da klassik müfəssirlərin əksinə, bildirilən iki mövzuda insanların əvvəlcədən bilik sahibi ola biləcəklərini göstərir. Belə ki müasir dövrdə elm bu səviyyəyə gəlmişdir. Lakin şübhə yoxdur ki, bu, insanın bildirilən mövzularda və yaxud buna bənzər mövzularda əvvəlcədən bildiklərinin mütləq mənada eynisinin baş verəcəyi mənasında deyil, çünki keçmişdə və gələcəkdə baş vermiş təbiət hadisələrini bütün cəhətləri ilə qüsursuz şəkildə bilən Uca Allah insanların biliklərini və təxminlərini yerlə yeksan edən yeni hadisələr yarada bilər və beləliklə, insanların gözlədikləri hadisələr baş verməyə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 988   Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az