Qeyri-müntəzəm cinsi əlaqənin qadınlara verdiyi fəsad
London universitetinin alimləri qadın orqanizminə cinsi əlaqənin daha 2 təsirini araşdırıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, erkən menopauza və sonsuzluğun bir səbəbi də qeyri-müntəzəm və ya heç olmayan cinsi münasibətdir.
Müəlliflər 3000 qadının 1996-1997-ci illərdən başlayaraq 10 il ərzində cinsi və ginekoloji təhlilini aparıb. Qadınların yarısında 45 yaşda erkən menopauza simptomları müşahidə edilirdi. Qadınların çoxu ailəli, yarısı müstəqil münasibətdə idi. İştirakçılar seksual həyatları barədə anket doldurub. Burda onların həftədə, ayda neçə dəfə cinsi münasibətdə olması, seksual istəyi, aktivliyi, hətta masturbasiyada olması qeyd olunub.
Eyni təhlil 10 sonra təkrarlanıb. Bu dövrdə artıq 50% qadında menopauza başlamışdı. Orta yaş 51-52 yaş idi.
Tədqiqat göstərib ki, əgər qadında intim əlaqə ayda 3 dəfədən az olubsa və ya heç olmayıbsa, onlarda erkən menopauza daha çox rast gəlinib.
Seksual həyatı normada olan qadınlarda həm ovulyasiya olub, həm menopauza daha gec yaşda başlayır.
Həftədə 1 dəfə seksual aktivlik olan qadınlarda erkən menopauza 28% az olub.
Eləcə də erkən menopauzaya siqaret, alkoqol, artıq çəki təsir edir.
Milli.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm