Qidalanmada həddi aşmağın qabağını necə almaq olar?

Qidalanmada həddi aşmağın qabağını necə almaq olar?Bir çox insanlar zaman-zaman həddindən artıq, hətta doymuşkən belə yemək kimi hallarla qarşılaşır. Amma belə bir qidalanma vərdişinin qalıcı olması, artıq hansısa problemdən xəbər verir. İnsan əgər qidalanmaya rasional yanaşırsa, o bu məsələdə həddi aşmır, ac olduqda yeyir, doyduqda dayanır - hətta bəzən doymamış əlini süfrədən çəkir və belə qidalanma insan sağlamlığı üçün daha məsləhətlidir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər yemək barədə düşüncələr gün ərzində diqqətimizin əsas mərkəzinə çevrilirsə, bu, anoreksiya nevroza (qidalanma pozuntusu) və kompulsiv (kontrol edilməyən qidalanma) pozuntular kimi qidalanma problemlərinə işarə edə bilər. Qida pozuntusu zamanı, həkimə müraciət etməklə diaqnozun qoyulması önəmlidir. Uşaqlıqdan qidalanmaq təhlükəsizlik, rahatlıq anlamına bərabər tutulur. Yemək yeyəndə insan özünü yaxşı hiss edir. Bu səbəbdən insanlar üçün yemək emosiyaların öhdəsindən gəlmək üçün ən asan yoldur.
İştahasına nəzarət edə bilməyən insanlaradan biri deyir: "Mən daima nəsə çeynəyirəm. Belə baxanda yemək istəmirəm, amma hər yarım saatdan bir soyuducunu açıb içinə baxaraq, nəsə yeni dadlı bir şey götürüb yemək istəyirəm". Problem ondadır ki, çoxları bədənlə əlaqəni hiss etmir və lazımı vaxtda aclıq, toxluq, yorğunluq, susuzluq, hirs kimi siqnalları tutmur. Çox vaxt narahat olaraq ac olduğumuzu zənn edirik. Hər hansı bir mənfi emosiya yaşadıqda onu boğmağa çalışırıq.
Məsələn, işdəki problemlərdən qurtulmaq üçün axşam evə gəlirik və o qədər yeyirik ki, sonra halımız pisləşir. Ayrıca, həddindən artıq yemək mədə-bağırsaq traktında və hormonal müstəvidə pozuntu problemi yarada bilər (məsələn, aclıq və toxluq hissindən cavabdeh olan qrelin və leptin istehsalının pozulması). Bunu öyrənmək üçün yoxlamaq və araşdırma aparmaq lazımdır.
Çoxları pəhrizə başlayaraq özlərini yeməkdən məhdudlaşdırmağa çalışır, amma sonra yenidən hər şeyi pozaraq əvvəlki qidalanmaya qayıdır. Belə bir sxem işləmir. Demək olar ki, bir çox pəhrizin axırı əvvəlki qidalanma halına qayıtmaqla bitir. Bu halda insan, hər dəfə özünə güvənini itirməyə başlayır. Tibbi göstəricilər olmadan pəhriz etməyə dəyməz, çünki hər kəs fərqlidir və müəyyən bir pəhriz hamı üçün uyğun olmaya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1208   Tarix: 13 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu