Qidalar kiflənibsə, nə etməliyik? - Araşdırma

Qidalar kiflənibsə, nə etməliyik? - AraşdırmaBəzi qidalar mətbəxdə qaldıqda kiflənməyə başlayır. Hansısa səbəbdən kiflənmiş qidalardan bəzən istifadə edirik. Bəs qidanın üzərini örtən kif təbəqəsini yedikdə sağlamlığımız üçün hansı təsirləri ola bilər?
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bəzi kif növləri zəhərlənməyə səbəb olacaq qədər təsirlidir.
Mütəxəssislərin apardığı tədqiqatlara görə, kifin üzərində bəzi zəhərli kimyəvi maddələr var və bunlar qusma, ürəkbulanma və ishal kimi şikayətlərlə özünü göstərə, qaraciyərin zədələnməsinə gətirib çıxara bilər.
Lakin belə bir vəziyyətlə qarşılaşıb-qarşılaşmamağınız immunitet sisteminizə və ya yaşınıza görə dəyişir.
Kiflər arasında ən çox yayılmış növ aflatoksindir. Bu kif hətta zəhərli təsirinə görə xərçəngə də səbəb ola bilər. Aflatoksin əsasən yer fıstığı və qarğıdalıda olur.
Aparılan tədqiqatlar göstərir ki, bu xəstəliklərin başlıca səbəbi kif ilə meydana gələn bakteriyalardır. Səhhətinizə nə qədər təsir edəcəyi bakteriyaların növündən və yediyiniz qida miqdarından asılıdır.
Kif allergiyanız varsa nə edilməlidir?
Yeməklərdə olan bəzi kiflərə qarşı allergik reaksiya verənlər də var. Əgər kif allergiyanız varsa, bu cür qidalardan uzaq durmalısınız. Allergiyanın qaşınan və sulanan gözlər, dəridə qızartılar, xırıltı, burun axması əlamətləri ola bilər.
Belə bir sual yaranır. Kiflənmiş pendirlər istehsal olunur. Bunun zərərləri varmı?
Bədənimizin asanlıqla qəbul etdiyi kiflər də var. Fərqli pendir növlərində rast gəlinən bu kif xüsusilə italyanların ən məşhur kif pendiri olan qorqonzola və fransızların kifli pendiri olaraq tanınan rokforun tərkibində də var.
Qidalar kiflənibsə, nə etməliyik? - AraşdırmaBu pendirlərdəki yaşıl-mavi kif damarları pendir xəmirinə süni kif əlavə edilərək yaranır.
Camembert və bri pendirlərinin səthində ağ kif də istifadə olunur.
Bəs kifi qida üzərindən təmizləyib yemək olarmı?
Yüngül yeməklər, sendviçlər, hot-doqlar və sair bişmiş qırmızı ət və quş əti, tortlar kimi qidalar kifi təmizlənsə də, istehlak edilməməlidir. Çünki bu qidalar kifin yaranması üçün münbit şəraitdir və belə qidalarda yüksək bakteriya artımı müşahidə oluna bilər.
Qidalar kiflənibsə, nə etməliyik? - AraşdırmaƏgər sərt pendirdirsə, kiflənmiş səthin ən azı 2,5 sm-ni kəsdikdən sonra istifadə edilə bilər.
Yumşaq pendirlər, kəsilmiş və ya doğranmış pendirlər isə istehlak edilməməlidir. Çünki belə pendirlərdə kif liflərinin dərinə çatması asan olur.
Qatıq, qaymaq, mürəbbə və jele kimi qidalar istehlak edilməməlidir, çünki nəmli qidalar kifin inkişafı üçün uyğun mühitdir.
Sərt meyvə və tərəvəzləri (kök, kələm) bərk pendirdə olduğu kimi kif yerindən ən azı 2,5 sm kəsilərək istifadə etmək olar. Bunun səbəbi kifin sərt materiallara eyni şəkildə yayıla bilməməsidir.
Yumşaq meyvə və tərəvəzlər (xiyar, şaftalı, pomidor) istehlak edilməməlidir, çünki kif göbələklərinin lifləri içəriyə çatmış ola bilər.
Kiflənmiş bişmiş məhsullar da heç vaxt yeyilməməlidir. Bu məhsullar məsaməli olduğundan, kif göbələklərinin lifləri içəriyə nüfuz edə bilər.
Fıstıq yağı, paxlalılar və qoz-fındıq da kiflidirsə, onlardan qaçınmaq lazımdır. Çünki bu qidaları konservantlardan istifadə etmədən emal etmək olar ki, bu da kif inkişafı üçün əlverişli mühit yaradır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1067   Tarix: 05 dekabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari cavanlaşdırıcı maskalar seksual fotolar feyxoanin faydalari mayalanma kosmetika dostluq vətən həsrətinə aid bayatılar sperma bayatılar novruz bayramina aid hakisdalar