Qırışlara qarşı nəmləndirici maska
30 yaşına yaxınlaşan hər bir xanım artıq yaşı haqqında bir az düşünməyə başlayır və bir neçə yaş kiçik görünməyi arzulayır. Vaxtı geri qaytarmaq olmaz, amma bəzi vasitələr var ki, onlar sizə qırışları azaltmağa kömək edəcək. Qeyri-təbii, bahalı kremlərdən istifadəyə ehtiyac yoxdur. Ev şəraitində hazırladığınız maskalar heç də onlardan geri qalmayacaq.
Lazım olanlar:
• ½ yumurta sarısı
• 2 çay qaşığı badam yağı (onu zeytunla da əvəz edə bilərsiniz)
• 1 çay qaşığı dəniz duzu
• 2 çay qaşığı çobanyastığı həlimi
• ½ çay qaşığı təbii bal
• 2 çay qaşığı kosmetik vazelin
Hazırlanması:
1. Çobanyastığı həlimini hazırlamaq. 1 xörək qarışığı quru çobanyastığını 200 ml suya atıb, 5 dəqiqə qaynadın. Qapağını açmadan soyudun.
2. Bütün məhsulları bir kütlə alınana qədər qarışdırın.
3. Əgər vazelindən istifadə etmək istəmirsinizsə, şi yağı, kakos, jojoba, avakoda və ya kakao yağından istifadə etmək olar. Həmçinin, yağlı uşaq kremlərindən də istifadə edə bilərsiniz.
4. Maskanı masaj hərəkətləri ilə dərinizə çəkin. Yarım saatdan sonra maskanın qalıqlarını mineral su ilə isladılmış pambıq tamponla təmizləyin.
5. Maskanı soyuducuda saxlayın.
Yatmazdan 2-3 saat əvvəl bu maskadan istifadə edin. Nəticə 3 gündən sonra hiss ediləcək.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq