Qış aylarında körpələri xəstəliklərdən necə qoruyaq?
Havaların soyuması ilə birlikdə azyaşlılar arasında mövsümi qriplər sürətlə yayılmağa başlayıb. Qripdən qorunmağın ən yaxşı yolu immunitet yaradan qidaların istehlakıdır. Pediatr Günay Rəsulova Demokrat.az-a bu qidalar haqqında danışıb.
O açıqlamasında bildirib ki, birinci növbədə profilaktik peyvəndlər mütləq şəkildə edilməlidir:
"Allergik və tez-tez xəstələnən azyaşlıya mövsümi qrip peyvəndi vurulmalıdır. Omega3 və "C" vitamini ilə zəngin qidalar xəstəlikdən qorunmaq üçün əsasdır. Dəniz məhsulları, quru meyvələr Omega3-lə zəngindir. Sitrus, itburnu və giləmeyvələr, yaşıl tərəvəzlər "C" vitamini ilə zəngindir.
Uşağa mütləq şəkildə "D" vitamini verilməlidir. 2 yaşa qədər hər gün, 2 yaşdan sonra analizlərdə aşağıdırsa, vitamin qəbulu olmalıdır".
O qeyd edib ki, kartof, kök, kələm, kabak, avakado, turp, alma, banan, narınci, kivi, feyxoa, qoz, fındıq, fıstıq kimi qidaları qış boyu istehlak etmək xəstəliklərdən qoruyur:
"Gündə ən az 1-2 dəfə bu qidalar uşağa yedirilməlidir. Əgər yemirsə, azyaşlıya onun sevdiyi formada hazırlamaq lazımdır. Gündə ən az 1 dəfə bunlarla qidalanan uşağın immunitet sistemi mütləq şəkildə güclənəcək". /demokrat.az
Milli.Az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Elnur Məmmədov süni intellektlə 70 yaşında: 'Bu bir aşksa' təqdim edildi
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
Türkiyədə məşhurlar saxlanıldı
Hüseyn əməliyyat olundu - Foto