Qış üçün daha faydalı olan D vitaminli beş sadə məhsul

Qış üçün daha faydalı olan D vitaminli beş sadə məhsulİmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda, günəş çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan məhsulların qəbulu xüsusi əhəmiyyət kəsb edir.
Qarşıdakı qış aylarında tərkibində D vitamini olan məhsulların qəbulu, yəqin ki, daha zəruri olacaq. Alimlərin çoxu onu koronavirus infeksiyasına və kovidin ən ağır formasının inkişafına qarşı etibarlı qoruyucu sayır. D vitamininin bu xüsusiyyəti onun faydalı xüsusiyyətlərini genişləndirir. Məsələn, məlumdur ki, ilin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır. Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənimsənməsinə müsbət təsir göstərir. D vitamininin digər bir faydalı xüsusiyyəti onun hüceyrələrin insulinə həssaslığını və mədəaltı vəzidəki beta hüceyrələrinin fəaliyyətini gücləndirərək ikinci növ diabetin inkişafından qoruya bilməsidir.
Mütəxəssislər gün işığının az olduğu qış aylarında rasiona orqanizmi bu vitaminlə təmin edən qida məhsullarını daxil etməyi məsləhət görürlər. "Well + Good" portalında bunlardan ən azı üçünün rasiona daxil edilməsini tövsiyə edərək beş sadə və əlverişli mənbənin adını açıqlayıb.
Milli.Az AZƏRTAC-a istinadən sizi həmin məhsullarla tanış edir.
Yumurta sarısı. Bir böyük yumurtanın sarısı D vitamininin birgünlük normasının təxminən 10 faizindən ibarətdir. Qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün digər müvafiq inqrediyentləri də əlavə etməklə omlet hazırlamaq olar.
Qızılbalıq. Qızılbalıq növləri bu vitaminin çox zəngin qida mənbələrindən sayılır. 100 qram qızılbalıq D vitamininə olan birgünlük ehtiyacın 70 faizini təmin edə bilir.
Tunes. Tərkibi D vitamini ilə zəngin olan daha bir dəniz məhsulu tunes balığıdır. Bu balığın 120 qramı (hətta konservləşdirilmiş halda) orqanizmin vitaminlərə olan birgünlük ehtiyacının 34 faizini ödəyir.
Göbələklər. Ağ göbələklər (onların bir fincanı gündəlik normanın 46 faizini təşkil edir) D vitaminin çox səxavətli bitki mənbəyi sırasına daxildir. Bu baxımdan həmin sıraya daha əlçatan olan şampinyonları da əlavə etmək olar. Onlar, günəş işığı və ya kəsik süni işığın təsiri altında D qrupu vitaminlərini sintez etmək qabiliyyətinə malikdirlər.
Süd. Bir fincan 2 faizli süd D vitamininin birgünlük normasının 155 faizini təşkil edir. Qeyd edək ki, onu siz yumurta omleti ilə hazırladığınız səhər yeməyinə də əlavə edə bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1353   Tarix: 14 noyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

qadin dunyasi hamiləlik geyim seçimi kök suyu otaq dizaynlari ariqlamaq ucun kofe psixologiya kosmetika vetene aid bayati kley lekesi qardasa aid haxistalar gəncə sevda