Qış yorğunluğundan xilas olmağın yolu - HƏKİM AÇIQLADI

Qış yorğunluğundan xilas olmağın yolu - HƏKİM AÇIQLADIQışın sonunda yorğunluğun artması bədənin depressiya və stresə müqavimət göstərə bilməməsi ilə əlaqələndirilir və hava yalnız narahatlığı artırır, lakin bu, vitamin çatışmazlığı deyil. 
Milli.Az xəbər verir ki, bu sözləri "Veçernyaya Moskva" verilişinin teleaparıcısı və tanınmış həkim Aleksandr Myasnikov müsahibəsində deyib.
"Mən qış meşəsində 50 kilometr qaçdıqdan sonra depressiyaya düşən adam tanımıram. Vəziyyətinizi vitamin çatışmazlığı ilə əlaqələndirməməlisiniz. İnsan hər gün eyni vaxtda oyanmalıdır, bir saatını fiziki fəaliyyətə ayırmalı, doyumlu səhər yeməyi yeməli, liftdən istifadə etməməli, nəqliyyatdan az istifadə etməli və çox qalın geyinməməlidir. Həyatdan zövq alın. COVID, imkansızlıq və müharibənin yaxınlaşması ilə bağlı düşüncələrlə yaşamaq səmərəsizdir. Əgər beyninizdə daim bu fikirlər dolaşırsa, heç bir vitamin kömək etməyəcək. Həmçinin səhhətinizin pis olmasını post-COVID sindromu ilə əsaslandırmayın. Bel ağrıları, təzyiq və digər problemlər insanların bütün həyatlarını oturaq həyat tərzi keçirməsi, xəmir yeməkləri və kökə sevgisi ilə bağlıdır",- həkim əlavə edib.
Həkim insanları qış sonunda vitamin çatışmazlığı səbəbiylə çoxlu dərman qəbul etməməyə səsləyib:
"Vitamin içib sağlam oyanacağınızı düşünmək sadəlövhlükdür. İstəyirsinizsə, için, amma bilin ki, hamısı təhlükəsiz deyil. Bəzi vitaminlər ölüm hallarını artırır. Siz sadəcə aptekləri zəngin edirsiniz. Bu gün mağazalarda həm təzə, həm də konservləşdirilmiş kifayət qədər sağlam tərəvəz və meyvələr var. Konservlərin tərkibində eyni vitaminlər dəsti var, yeganə mənfi cəhət şəkərin olmasıdır", - Myasnikov qeyd edib. 
Myasnikovun fikrincə, düzgün qidalanma və pis vərdişlərdən imtina rifah və yaxşı əhval-ruhiyyə üçün əsas qaydadır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 962   Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti