Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?

Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?Xanim.az kaspi.az-a istinadən yazını təqdim edir.

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik. Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.

"İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır" desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir. Bu aylarda əsasən də xanımlar saçlarını düzləşdirdikdən, yaxud da hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə, baş üçün hər hansı örtükdən istifadə etmirlər. Hətta zarafatyana "gözəllik qurban tələb edir" deyərək, sağlamlıqlarını böyük təhlükə altına alırlar. Amma hər dəfə qışda evdən başıaçıq çıxanda, valideynlər sağlamlığımıza böyük ziyan vurduğumuzu deyirlər. Bu, doğrudanmı belədir? Görünüş gözəl olur, bəs sağlamlığımıza nə kimi ziyan vururuq?

Həkimlər bildirirlər ki, soyuq və sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun olaraq qalın geyinmək lazımdır. Çünki soyuq havada çox qaldıqda, orqanizmin müdafiə qüvvəsi aşağı düşür və xəstələnmək üçün şərait yaranır. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını əngəlləmək qışda qorunmağın ən əsas yollarından biridir. Soyuq havalarda başıaçıq gəzmək üz iflicinə səbəb ola bilər. Soyuq hava sinirlərin gərilməsinə şərait yaradır və üzdəki əzələlərin idarə edilməsinə maneçilik törədir. Buna görə də, əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur. Üz iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən, üz iflici alını qırışdırmağa mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın kənarları düz qalır.

Sağlamlıq     Baxılıb: 2128   Tarix: 13 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj instagram qaşların formalari yaz geyimleri 2026 sac duzumleri masqalar usaq saclarinin yigilmasi parfümeriya kosmetika hakışdalar kahfe kali vidyolar ziyafet geyimleri vicdan