Qışda daha çox yaranan dəri problemi: Quruluq nədən yaranır?

Qışda daha çox yaranan dəri problemi: Quruluq nədən yaranır?Dəri quruluğu qış aylarında daha çox yaranan problem sayılır. Bunun bir çox səbəblərinin olduğu bildirilir. Hətta bir çox xəstəliklərin dəridə quruluq yaratdığı vurğulanı. Amma bir çox hallarda quru dəri problemi olanlar buna əhəmiyyət vermirlır.
Dəri quruluğu nədən xəbər verir verir? Bu halda nə etmək lazımdır?
Milli.Az e-tibb.az-a istinadən dermatoveneroloq, uzman həkim Mehdi İskəndərlinin məqaləsini nəzərinizə çatdırır:
Dəridə quruluq problemi pasiyentlər tərəfindən tez-tez şikayət edilən dəri xəstəliklərindən biridir.
Quru dəri şikayəti olanlarda paralel şəkildə dodaq quruluğu şikayətləri də olur. Belə xəstələr ağızda quruluq, vaginal quruluq, göz quruluğu şikayətlərini dilə gətirirlər. Dəri quruluğu probleminin həm endogen, gəm də ekzogen səbəbləri ola bilər. Yəni quru dəri problemi daxili xəstəliklər fonunda yarana biləcəyi kimi, xarici səbəblərdən də yarana bilər. Hətta dəri quruluğu yaradan genetik dəri xəstəlikləri də vardır. Məsələn, irsi dəri xəstəliyi sayılan ixtiyoz quru dəri probleminin əsas səbəbi ola bilər. İxtiyoz xəstəliyi olanlarda qabıqlı dəri və quru dəri problemləri olur. Daxili xəstəliklər fonunda yaranan dəri quruluğu problemini araşdırmaq üçün dermatoloq xəstədən laborator, radioloji, patoloji və s. kimi testlər istəyə bilər.
Dəridə quruluq problemi xarici faktolara da bağlı ola bilər. Pasiyentin istifadə etdiyi mənşəyi məlum olmayan kremlər, sabunlar, şampunlar, kosmetik vasitələr quru dəri problemini yarada bilər. Məsələn, üzdə quruluq problemini yaradan səbələrdən birisi vurulan kremlər və kosmetik vasitələrdir. Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəlidir. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Günə ərzində insan 2-2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər. Belə xəstələr gün ərzində 2-2.5 litr su içdiyi təqdirdə dəri quruluğu aradan qalxır.
Bəzi ailələrdə dəri quruluğu problemi genetik olur və ailə fərdlərinin bir neçəsində mövcud ola bilər. Görsəndiyi kimi dəridə quruluq probleminin "1001" səbəbi ola bilər. Belə olan halda xəstələr dermatoloq həkimə müraciət etməlidirlər ki, səbəbləri araşdırsın və dəri quruluğu probleminin qaynağını aşkara çıxarsın. Bu xəstəlik müalicə olunandır və qarşısı alınandır.
Quru dərinin daxili orqanların xəstəlikləri fonunda yarana biləcəyini nəzərə alaraq belə xəstələrin özfəaliyyət göstərmədən birbaşa dəri həkiminə müraciət etməsini tövsiyə edərdik.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1744   Tarix: 01 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

geyim necə seçməli toy gecesi geyim seçimi toyuq yeməkləri saca xina qoymaq qaydasi bürclər iyun 2026 xiyar tursusu kosmetika sirin qogal haxisdalar burcler haqqinda burclerin uyumu qiz evi ucun