Qloballaşan dünyada ərzaq və qida təhlükəsizliyi

Qloballaşan dünyada ərzaq və qida təhlükəsizliyiDüzgün qidalanma sağlamlığın təməl prinsipidir. Davamlı sosial inkişafı cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Lakin 1960-cı ildən başlayan eksponensial əhali artışı, texnologiya və qloballaşma nəticəsində sürətlənən yaşam tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyata tətbiqini çətinləşdirir. Hazırda 8 milyarda yaxın dünya əhalisinin ərzaq ehtiyacını qarşılamaqla yanaşı, bu qidaların istehsal və beynəlxalq ticarətinin davamlılığını, eləcə də məhsulların kimyəvi və mikrobioloji təhlükəsizliyini təmin etmək vacibdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida təhlükəsizliyini və qida keyfiyyətini 2 ayrı termin kimi təqdim etsə də, nəzarət prosedurunu "istehlakçının sağlamlığını təmin etmək üçün yerli və ya milli hakimiyyət orqanlarının istehsal, daşıma, saxlama, paylama zamanı bütün qidaların təhlükəsiz və keyfiyyət tələblərinə uyğun olduğunu təmin etmək məqsədi daşıyan məcburi tənzimləmə fəaliyyəti" kimi təsvir edir. Bu yanaşma, əslində, sağlam qida anlayışının vahid məfhum formasını "yaratmağı" xarakterizə edir.   
Qloballaşma etimologiyası istehsalat və ticarət arasındakı əlaqənin texnologiya, kommunikasiya kimi faktorlara necə bağlı olduğunu texniki parametrlərlə açıqlamır. Çünki bu bağlılıq gözlə görülsə də, sabit meyarlarla dəyərləndirilməsi tam mümkün deyil. Bu mümkünsüzlük qida təhlükəsizliyi və ərzaq təhlükəsizliyi arasındakı bağlılığa da öz təsirini göstərir. Belə ki, qida və ərzaq təhlükəsizliyi konseptləri yoxsulluq və iqlim dəyişikliyinin olduğu nöqtələrdə kəsişir. Lakin bu kəsişmənin böyüklüyü son illərdə məhz qida sənayesində iqlim dəyişikliyi termininin antropomorfik iqlim dəyişikliyi ilə əvəz edildiyi zamandan bəri dəyişməyə başladı (bəzi elmi məqalələrdə antropomorfik iqlim dəyişikliyi qlobal istiləşmə kimi təsvir edilir).   
2030-cu ilə qədər qida ehtiyacının 50 % artacağı gözlənilir. Bu isə öz növbəsində heterogen və kompleks qida-tədarük zəncirini daha da mürəkkəbləşdirir. BMT-nin məlumat mənbələrinə istinadən, aqro-qida məhsulları ticarəti şəbəkəsinin (IFTN) özəyini 7 ölkə təşkil edir. Bu ölkələr aqro-qida sektorunun dünya bazarı üzrə 77 %-nə hakimlik edir. Heterogenlik və qloballaşma bu qida məhsullarında ola biləcək çirkləndiricilərin mənbə araşdırmalarını mövcud vəziyyətdə çətinləşdirir. Bu kimi hallar iqtisadi problemlərlə yanaşı, ölkədaxili sosial böhranlara da yol aça bilər.
Qloballaşmanın qida təhlükəsizliyinə təsiri sadəcə zərərvericilərin və ya qida məhsullarındakı çirkləndiricilərin mənbə araşdırmasını mürəkkəbləşdirməkdən ibarət deyil. Qloballaşma istehsal və istehlak arasındakı xətti əlaqəni pozur, yəni istehlak həcmi istehsal həcmini keçir. Bunun nəticəsində qida məhsullarının xam malları arasındakı biomüxtəliflik də pozulur. Biomüxtəlifliyin pozulması, öz növbəsində, "əldə olan qida məhsullarının təhlükəsizliyi təmin edilmədiyi təqdirdə ərzaq təhlükəsizliyi də təmin edilə bilməz" paradoksunun həlli yolunu daha kiçik çərçivə ətrafında cəmləşdirir. Bir  başqa deyimlə, biomüxtəlifliyin pozulması istehlaka uyğun olmayan qida məhsullarının "əvəzetmə" prinsipinə əsaslanan bir başqa qida məhsulu ilə həllini məhdudlaşdırır.  Belə olduğu təqdirdə bəşəriyyəti yaxın onilliklər ərzində nə gözləyir?
Qida təhlükəsizliyi təşkilatları XXI əsrin keçən son onilliyində tullantıların idarəedilməsinə daha çox diqqət ayırır. Düzgün qidalanma prinsipləri ilə yanaşı, tullantıların düzgün şəkildə utilizasiyası da eyni önəm daşımağa başlayır. Hazırda qida təhlükəsizliyi təşkilatları tullantıların idarəedilməsi prosesini vahid bir sistem ətrafında cəmləşdirməyə çalışır. Belə ki, bu sahədə beynəlxalq ticarətdə ixracat üstünlüyünə malik ölkələrlə yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələrlə təşəbbüskarlıq yaratmağa daha çox səy göstərir. Bu isə öz növbəsində önümüzdəki onilliklər ərzində həm qida-tədarük zənciri prosesini daha beynəlmiləl, həm də qida təhlükəsizliyi nəzarətini kompleks olmaqdan uzaq, lakin çoxşaxəli edəcəkdir. Tullantıların vahid sistem ətrafında birləşdirilməsi isə biomüxtəlifliyin qorunub saxlanılması istiqamətindəki səyləri proqressivizm şüarı altında cəmləşdirəcəkdir. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1696   Tarix: 07 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy gecesi makiyaj instagram sade makiyaj sekilleri ana südü artırmaq azerbaycan haqqinda hakışta necə tez arıqlayım kosmetika rus dilin nece orenek novruz bayramına aid bakışta azərbaycan qardasa aid haxistalar klitor