Qreypfrut yeyəndə, diqqətli olun! İnanılmaz faktlar

Qreypfrut yeyəndə, diqqətli olun! İnanılmaz faktlarQreypfrut və bu sitrus meyvəsinin şirəsi çox faydalı sayılır.
Belə hesab olunur ki, qreypfrut qanda xolesterinin səviyyəsini aşağı salır, immun sisteminə, maddələr mübadiləsinə müsbət təsir edir, şəkərli diabet xəstəliyi zamanı şəkərin səviyyəsini aşağı salır, piylərin parçalanmasını sürətləndirir ki, nəticədə arıqlamağa kömək edir. Qreypfrut orqanizmə iltihab və göbələkəleyhinə təsir edir.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq qreypfrutun çox ciddi əks-göstərişləri var. Mədə şirəsinin turşuluğunun artması, xora xəstəliyi, qara ciyər xəstəlikləri zamanı bu meyvəni və onun şirəsini qəbul etmək olmaz.
Qreypfrutun həmçinin çox təhlükəli xüsusiyyəti var. Onun tərkibində olan maddələr ("furanokumarin") bir çox dərmanların orqanizmə olan təsirini pozur - azaldır və ya əksinə artırır. Məsələ burasındadır ki, bu maddələr qara ciyərin ferment sisteminin fəaliyyətini ləngidir və bu da dərmanın vaxtında parçalanmasına və orqanizmə lazım olan effekt verməsinə mane olur.
Belə ki, hal hazırda elmi araşdırmalar nəticəsində məlum oldu ki, məhz qreypfrut və xüsusilə də onun şirəsi bəzi antibiotiklərin, allergiya əleyhinə, şiş əleyhinə, depressiya əleyhinə, hormon və s. preparatların (məsələn, hamiləlik əleyhinə həblər və s.) təsirini azaldır. Bu isə xəstədə pozulmalara səbəb ola bilər.
Əksinə isə bəzi digər preparatların təsiri (təzyiq dərmanları, xolesterinin səviyyəsini aşağı salan preparatlar, ürək ritmini tənzimləyən preparatlar və s.) qreypfrut şirəsinin təsirindən artır ki, nəticədə xəstə dərmanı sanki lazım olandan artıq dozada qəbul edir. Bu isə orqanizmə ciddi ziyan vura bilər. Məsələn, arterial təzyiq kəskin düşə bilər ki, nəticədə insan bayıla bilər.
Problem o dərəcədə vacib sayılır ki, məsələn, ABŞ-da bütün yeni preparatların qreypfrut şirəsi ilə uyğunluğu araşdırılır. Hal hazırda təxminən 85 preparatın qreypfrutla uyğunsuzluğu aşkar olunub. Araşdırmalar davam edir.
Bu səbəbdən dərman preparatları qəbul edən insanlara hər ehtimala qarşı bu dövr ərzində qreypfrut şirəsini qəbul etmək tövsiyə edilmir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1987   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar kosmetoloq geyim dəbləri xina hakista debli cantalar 2026 hind geyimləri qalin saclara qulluq kosmetika vətən haqqında bayatılar salam bayati novruz bayramı yumurta