Qrip və soyuqdəymə arasındakı fərqlər
Ağrı: Qrip boğaz, baş, əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir. Əlamətləri 48 saat içərisində başlayır və antiviral dərmanlarla müalicəyə dərhal başlanması lazımdır.
Xanim.az deyerler.org-a istinadən bildirir ki, təxminən 5 gün içərisində özünüzü daha yaxşı hiss etməyə başlasanız da, bir həftə və ya daha uzun müddət halsızlıq problemi yaşaya bilərsiniz. Soyuqdəymədə isə ümumiyyətlə daha az ağrı və burun tıxanıqlığı ilə özünü göstərir və bir həftə içərisində sağalır.
Qızdırma: Qripdə qızdırma 38 dərəcə və yuxarı olur, uşaqlarda bu hal daha yüksək görülür. Yorğunluq və ağrılar həftələrlə davam edə bilər. Xroniki xəstəlikləri olanlarda, ya da immuniteti daha zəif olan yaşlı və uşaqlarda bu yorğunluq və halsızlıq 3 həftəyə qədər davam edə bilər.
Soyuqdəymədə isə qızdırma daha aşağıdır və insan özünü bir neçə gün yorğun və halsız hiss edir. Lakin bu hal daha qısa müddətlidir.
Öskürək: Soyuqdəymə və qrip, tənəffüs yollarına mənfi təsir edən xəstəliklər olduğu üçün öskürək hər ikisində də müşahidə ediləcək bilər. Qrip, sətəlcəm kimi ağciyər infeksiyasına da səbəb ola bilər.
Qulaq ağrıları: Hər iki narahatlıqda orta qulağa zərər verə bilər. Bu da yanma və ağrıya səbəb olur. Uzun müddət davam edən, ya da birdən şiddətlənən qulaq ağrınız varsa, mütləq həkimə müraciət edin.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür