Qrip virusu məqsədli şəkildə yayılır?

Qrip virusu məqsədli şəkildə yayılır?İlin müəyyən vaxtlarında dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir.

Qrip bir çox hallarda ağır keçdiyindən insanlar həkimə müraciət etməyə, müxtəlif dərman vasitələrindən istifadə etməyə məcbur olurlar.

Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, qrip virusu dərman istehsal edən iri beynəlxalq şirkətlər tərəfindən dərman vasitələrinin satılması üçün məqsədli şəkildə yayılır.

Xanim.az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, bu iddiaların heç bir əsası yoxdur: "Bu, heç bir halda məntiqə sığan iddia deyil. Dərman şirkəti qripi necə yaya bilər?! Və yaxud da belə bir hərəkətin ağır cinayətə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan bu heç bir əsası olmayan iddiadır".

M.Quliyev bildirib ki, qrip virusu, o cümlədən digər hava damcı infeksiyaları fəsil dəyişən zaman aktivləşir: "Ötən ilin sonu və bu ilin əvvəlində dünyada qrip epidemiyası yayıldı. Azərbaycanda da bu virus xeyli yayıldı, ancaq geniş epidemiya xarakteri almadı".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev da qripin qəsdən yayılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki, qrip xəstəliyi mövsümi xarakter daşıyır. İ.Ağayevin sözlərinə görə, ekvatorun ətrafında yerləşən ölkələrdə qrip yayda da yayılır: "Qrip törədici virusdur və o da müəyyən vaxtlarda aktivləşir. Qrip virusunun qəsdən yayılması mümkünsüzdür. Sadəcə insanlar özlərini qripdən qorumalıdırlar. Əgər kimsə qrip tutursa, onunla bir otaqda oturan, özünü qorumayan insan da təbii ki, qripə yoluxacaq. Bu qəsdən yoluxma deyil ki".

Sağlamlıq     Baxılıb: 2645   Tarix: 23 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

yaz geyimleri 2026 yemek reseptleri geyim seçimi şirniyyat lasyon hazirlanmasi kisi ve qadin intim munasibetleri asan kosmetika uzeyir şebnem tovuzlu terezi novruz bayrami rus dili 2ci ders