Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!

Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!"Real yoluxma sayı açıqlanan rəqəmlərdən-test edilənlərdən onlarla dəfə çoxdur! Yəni real yoluxma sayı artıq demək olar ki, on minlərlədir! Ehtiyatlı olaq! Özümüzü qoruyaq! Qaydalara əməl edək! Demək ki, görünməyən düşmən çox təhlükəlidir!
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, son günlərdə ölkəmizdə koronavirus sürətlə yayılmaqdadır:
"İctimai nəqliyyatda çox sıxlıqlar var, inzibati nəzarət və aidiyyəti qurumların nəzarəti zəifdir, bütün bunlar düzdür, haqlı iradlardır. Amma gəlin görək biz bir vətəndaş kimi öz üzərimizə düşəni edirikmi? Mənim müşahidələrimə görə yox, etmirik. Qapalı məkanlarda hamımız maska taxırıqmı? Yox! Qapalı və açıq məkanlarda hamımız ara məsafəsi saxlayırıqmı? Yox! Əl tutub görüşənlər varmı? Bəli! Öpüşənlər varmı? Bəli! Qucaqlaşanlar varmı? Bəli! Yas yerlərinə toplaşanlar çoxdurmu? Bəli! Əl gigiyenasına riayət etməyənlər varmı? Bəli! Dezinfektantlardan istifadə etməyənlər varmı? Bəli! Açıq-aşkar xəstəlik əlamətləri ilə- qızdırma, öskürək, halsızlıq və s. əlamətlərlə işə gedənlər, cəmiyyət arasına çıxanlar varmı? Bəli, öz də çox. Xəstəlik əlamətlərini gizlədənlər varmı? Bəli, çox. Yaxşı, deyək ki, ictimai nəqliyyatla, maskalarla insanları yetəri qədər təmin etmirlər, doğrudur, razıyam. Bəs özümüzün edə biləcəklərimizi etməməyimizin adı nədir? Bu, bizi məhv edə bilər! Lütfən diqqətli olaq! İctimai nəzarəti özümüz etməliyik! Yetəri qədər etmirik, etiraf edək! Qapalı məkanlarda maska geyinməyənlərə irad tutaq, geyinməsini tələb edək! Ara məsafəsi saxlamayanlara, əl gigiyenasına əməl etməyənlərə, xəstə olduqları halda cəmiyyət arasına çıxanlara irad tutaq! Yas yerlərində toplaşmayaq! Yalnız bu halda yoluxma sayının azalmasına nail ola bilərik! Ən azı vaksin tapılana qədər bunları edək!"
Aydın Əliyev hər kəsin yerinə yetirməli olduğu qaydaları sadalayıb:
Radioloqdan KƏSKİN İRAD: Bu, bizi məhv edə bilər!1. Qapalı məkanlarda maska geyinmək vacibdir!
2. Açıq məkanlarda maska geyinmək məsləhətdir!
3. Əllə görüşmək olmaz!
4. Qucaqlaşmaq olmaz!
5. Öpüşmək olmaz!
6. Yas yerlərinə getmək olmaz!
7. Qızdırmanız-hərarətiniz varsa, bayıra çıxmaq olmaz!
8. Qızdırmanız varsa, poliklinikanın sahə həkiminə, effekt olmasa təcili yardıma zəng edin!
9. Qorxmayın, panik olmayın! Qorxu, panika və stress immun sistemini zəiflədir!
10. Öz yanınızdan-özbaşına hər hansı müalicə, sistem və dərman preparatı qəbul etməyin!
11. Koronavirus xəstəliyi qorxulu deyil, qorxmayın!
12. Uşaqlar, yeniyetmələr və gənclər 99% hallarda COVID-19 xəstəliyini yüngül keçirir.
13. Əgər şəkərli diabet xəstəliyiniz varsa, koronavirusun hər hansı əlamətini özünüzdə hiss edirsinizsə- qızdırma, halsızlıq, öskürək, boğaz ağrısı, iybilmə və dadbilmə hissinin pozulması və s. dərhal təcili yardıma müraciət edin!
14. Belə şikayətləriniz varsa, işə getməyin! Kimisə yoluxdurub həyatına son qoya bilərsiniz, lütfən, başqalarını da düşünün!
15. Gün ərzində bir neçə dəfə əllərinizi etil spirti əsaslı dezinfektantlarla dezinfeksiya edin və sabunlu su ilə yuyun!
16. Adi, şəffaf qoruyucu eynəklərdən istifadə edin.
17. Bu qaydalara əməl etməyən insanlara irad bildirin!
18. Bütün qapalı və açıq məkanlarda 2 metr ara məsafəsi saxlayaq!
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1965   Tarix: 18 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

yemek reseptleri sade makiyaj sekilleri kosmetoloq kökəlmə sirləri manikür və pedikür dostluq haqqında atalar sözləri firni hazirlanmasi kosmetika google xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır novruz bayramına aid hakışta rus dili 2ci ders novruza aid hakışta