Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİ

Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİRamazan ayı son illərdə dünyanın yarısında isti havaların hökm sürdüyü mövsümə təsadüf edir. Bu, Norveç kimi bəzi ölkələrdə hər gün 20 saata yaxın yeməkdən məhrum olmaq deməkdir.
Bəs oruc sağlamlığa necə təsir edir və 30 gün oruc tutan bir insanın bədənində nə kimi dəyişikliklər baş verir?
Ən çətini ilk günlərdir
İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi 8 saatdan sonra tamamilə həzm edir. Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdə qlükozaya yönəldilir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı yağlardır.
Ramazan ayında şirniyyatlara "yox" demək çətindir. Amma şəkərə diqqət yetirmək vacibdir. Oruc tutan insanın bədəni enerji ehtiyacını ilk növbədə qaraciyərində toplanan qan şəkərini əmərək təmin edir.
Yağların yandırılması isə həm artıq çəkidən xilas edir, həm də xolesterin səviyyəsini və diabet riskini azaltmağa kömək edir. Digər tərəfdən qanda şəkər səviyyəsinin aşağı düşməsi ilə bədən zəifləməyə və uyuşmağa başlayır. Aclıq səviyyəsi artdıqda baş ağrısı, ürək bulantısı və pis ağız qoxusu kimi simptomlar özünü göstərməyə başlayır.
3-cü və 7-ci günlərə diqqət!
Bu günlərdə vücudunuz oruca alışmağa başlayır, yağı xərcləyib qanda şəkərə çevirir.
Su az içildiyi üçün tərləmə sürətlənir və maye itkisi artır.
İftar və imsakda karbohidratlar və faydalı yağların yeyilməsi bədənin enerji istehsalı üçün vacibdir.
Balanslı olmaq şərti ilə protein, duz və su kimi qidaların qəbulu da önəmlidir.
Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİRamazanın 8 və 15-ci günlərində bədən artıq oruca alışır
3-cü mərhələdə bədən artıq oruca alışır. İngiltərənin Kembric Universiteti Xəstəxanasında anestezoloq və reanimasiya məsləhətçisi çalışan Razin Mahruf iddia edir ki, bu mərhələ bədənə müsbət təsir göstərir:
Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİ"Gündəlik həyatımızda daha çox kalorili məhsullar yeyirik və bədən xəstəliklərdən qorunmaq kimi əhəmiyyətli vəzifələri yerinə yetirə bilmir. Oruc ərzində bu vəziyyət balanslaşdırılır, bədən öz funksiyalarını daha yaxşı yerinə yetirməyə başlayır. Dolayısı ilə infeksiyalara və xəstəliklərə qarşı müqaviməti güclənir.
Ramazanın 16-cı və 30-cu günləri detoks zamanıdır!
Ramazan ayının ikinci yarısında geniş bağırsaq, böyrək və dəri toksinləri təmizlənməyə başlayır. İngiltərəli ekspertin sözlərinə görə, bu dövrdə orqanların funksiyasını yerinə yetirmə gücü maksimuma yaxınlaşır. O, yaddaş və konsentrasiyanın yenidən gücləndiyini, enerjinin isə artdığını qeyd edib:
"Oruc şəfəqdən günəş doğuşuna qədər dövrü əhatə edir. Beləliklə enerji verən qidaları yemək imkanı olur. Oruc əzələləri qoruyur, eyni zamanda arıqlamağa kömək edir. Lakin bədən enerjini zülallardan almağa başlayırsa, növbəti aclıq rejimində əzələlərdən istifadə etməyə başlayacaq. Bu daha çox uzun müddət davam edən orucda rast gəlinir".
Orucun sağlamlığa təsiri varmı?
Həkim hesab edir ki, oruc səhhətimiz üçün bir halda faydalı ola bilər:
"Oruc bizi nəyi və nə zaman yemək lazım olduğuna təlqin etdiyi üçün faydalıdır, amma bir aylıq müddəti uzatmaq və hər gün oruc tuta bilmərik. Orucun uzadılması yağların enerjiyə çevrilməsinə əngəl yaradır və bədən enerji üçün əzələlərdən istifadə edir. Bu mərhələ bədənə mənfi təsir edə bilər".
Mütəxəssis həftənin 5 gün sağlam qidalanmağı, qalan 2 günü isə oruc tutmağın xüsusilə faydalı olduğunu bildirib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2213   Tarix: 18 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

aksessuarlar yemek reseptleri hamiləlik makaron reseptləri pirojnalar əməliyyatlar blincik hazirlanma qaydasi kosmetika novruza aid hakistalar burcler muellim seiri bayatılar balıq