Raxit xəstəliyi haqqında

Raxit xəstəliyi haqqındaRaxitin əmələ gəlməsi əsas faktorlar D vitaminin endogen və ekzogen defisitidir. Qeyri düzgün qidalanma, D vitaminin qida ilə kifayət qədər qəbul olunması ilə yanaşı, onun orqanizmdə aktiv formaların əmələ gəlməsinin pozulması (UB şüaları kifayət olunması, böyrək xəstəlikləri , qaraciyər xəstəlikləri, qaraciyər xəstəlikləri) da D vitaminin defisitini yaradır.

Raxitin əmələ gəlməsində əsas rolu: Kalsium və fosforun orqanizmə kifayət qədər daxil olmaması uşaqların inkişafın zəifləməsinə səbəb olur. D vitamin streoid birləşmədir, 2 formada D2(erqokalsiferol) və D3 ( xolekalsiferol) mövcuddur ki, onlarda quruluşuna, fiziki-kimyəvi xüsusiyyətlərinə görə insan orqanizmə çox yaxındır. Orqanizmə qida ilə daxil olan D vitamini qaraciyər və böyrəkdə dəyişikliyə uğrayır, 1,25 dihidroksi vitamin D əmələ gəlir, o hormona bənzər fəaliyyət göstərir. Bağırsağın hüceyrələrinin genetik aparatına təsir edərək, Ca bağlayıcı və onun transportunu təmin edən zülal sintezini artırır. D vitaminin çatışmazlığı zamanı kalsium sorulması və mübdiləsi pozulur, qanda konsentrasiyası azalır. Bu qalxanvari ətraf vəzilərin reaksiyasına parahormon (Ca – P mübadiləsini tənzimləyir) sekresiyasının artmasına qəbul olur. Parathormonun həddən artıq sekresiyası kalium sümük toxumasından səfərbər edilməsinə , böyrək kanalcıqlarında fosfotların reabsiyasının supresiyasına və qanda qeyri üzvi fosfotların miqdarının azalmasına səbəb olur. Eyni zamanda qələvi fosfotazanın aktivliyi kəskin artır. Fosfot – kalsium mübadiləsinin pozulması asidozu inkişafına gətirib çıxarır ki, bu da sinir sisteminin oyanıqlığı pozulması ilə müşahidə olunur.

Klinik şəkli : Ağırlığından asılı olaraq III dərəcəsi ayırd olunur.

I dərəcə ( yüngül) sinir və əzələ sistemi tərəfindən yüngül dəyişikliklər müşahidə olunur.

II dərəcə (orta) sümük, əzələ ,sinir, qanyaradıcı sistem tərəfindən nəzərə çarpan dəyişikliklər əmələ gəlir. Daxili orqanların funksiyaları mülayim dəyişilir, dalaq və qaraciyər azca böyüyür, anemiya əmələ gəlir.

III dərəcə (ağır) mərkəzi sinir sistemi, sümük, əzələ sistemi, daxili orqanlar tərəfindən dəyişikliklər ortaya çıxır.

Uşaq 2-3 aylıqkən ilk əlamətlər görünür. Tərləmə, narahatlıq, əzələ distoniyası, ənsədə tüklərin tökülməsi böyük əmgəyin kənarların yumşalması müşahidə olunur. 2-3 həftə davam edir. Biokimyəvi müaayinədə fosforun miqdarının azalması, fosfotazanın aktivliyinin artması təyin olunur.

Xəstəliyin qızğın dövründə sinir sistemində tormozlanma, sümük sistemində dəyişikliklər, kəllə sümükləri, döş qəfəsi ətrafları sümüklərində dəyişikliklər ortaya çıxır. III mərhələdəki sümük dəyişiklikləri III dərəcə deformasiya əmələ gətirir. Daxili orqanların funksiyaları, statik funksiyaları pozulur, əzələ hipotoniyası, anemiya prosesə qoşulur. II, III mərhələdə dalaq və qaraciyər azacıq böyüyür. Rentgenoqrammada sümüklərin konturları bulanıqdır. Borulu sümükləri epifizləri qədəhşəkilli , metofizləri kənarları haşiyələmişdir.

Yarımkəskin gediş prosesin yavaş inkişafı ilə xarakterizə olunur. Çox vaxt 6-9 aylıq hipotrofiyalı uşaqlarda görülür. Sümüklərin yumşalması nisbətən az nəzərə çarpır.

Borulu sümüklərin epifizlərin qalınlaşması, osteoid hiperplaziyası ostomalyasiya nisbətən üstünlük təşkil edir, qabırğalarda " raxitik təsbeh" əmələ gəlir. Proses yayda sakitləşir, qışda kəskinləşir.

Gec ortaya çıxan raxit az hallarda rast gəlinir, 4 yaşdan sonra ortaya çıxır.

Diaqnoz: Çətinlik törətmir. Klinik əlamətləri laborotor (Ca, P, qələvi fosfotoza) və rentgenoloji göstəricilər dəstəkliyir.

Müalicə: Düzgün rasional qidalanma günəşli hava, masajı, gimnastika. D vitamin preparatlar təyin olunur. UBŞ terapiya başlanğıc dövrdə və erkən yaşlı uşaqlarda yaxşı effekt verir.

Vaxtında diaqnoz qoyulması və müalicə olunması halında praqnozu əlverişlidir.

Profilaktika: Hamilə qadın kifayət qədər açıq, təmiz , günəşli havada olmalı, düzgün qidalanmalı, xüsusilə son 2-3 ayda kifayət qədər D vitamini almalıdır. Uşağın qida rasionunda təzə meyvə tərəvəz kifayət miqdarda vitaminlər, duzlar, xüsusilə təbii D3 vitamin (yumurta sarısı, balıq yağı) olmalıdır.

Ailə və Uşaq     Baxılıb: 21286   Tarix: 20 aprel 2014
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

makiyaj etmek qaydalari kosmetika mehsullari yay kolleksiyasi kişi dünyası badimcan salati xiyar tursusunun hazirlanmasi qaydasi 2026 gəlinliklər kosmetika hakisda qogal porno şirin qoğal yuxuda qara ilan gormek