Restoranlarda yemək yeyənlərin nəzərinə - İnfarkta gətirib çıxarır
Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.
Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.
Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi