Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?

Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?Günümüzün ən aktual xəstəliklərindən biri də "rəxit" xəstəliyidir. Görəsən bizim körpələr həqiqətən də xəstədirlər?
Uşaqlara ən çox qoyulan diaqnozlardan biri də rəxit xəstəliyidir. Bu xəstəlik barədə geniş məlumat verməkdənsə, valideynlərə çox daha faydalı olacaq bir sıra praktik məsləhətlər verməyi doğru bildim.
1. Bəzən həkim körpəni müayinə edərək ona "rəxit" diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini başlayır. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq olaraq onun qan analizlərinə baxılmalıdır. Bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyildir. Mütləq olaraq qan analizləri edilməli və əgər xəstəlik varsa növü və dərəcəsi dəqiqləşdirilməlidir. Ancaq bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsiyum preparatları ayarlanaraq istifadə edilməlidir.
2. Bir çox həkimlər sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və uşaqlara "rəxit" xəstəliyi diaqnozu qoyurlar:
Başın böyük və ya quruluşunda bəzi əyriliklərin olması. Düzdür rəxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan rəxitdir. Ümumiyyətlə məlumdur ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyacaq olan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər diqqətə alınmadan bir uşağın başına baxaraq bunun başı böyükdür demək və bununla da ona rəxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyildir.
Əmgəyin geniş olması. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan uşaq da rəxit deyildir.
Döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə rəxitdir və ya rəxit xəstəliyi keçirmişdir deyilir və kor-koranə kalsium preparatları verilməyə başlanılır. Məlumdur ki, döş qəfəsindəki bir çox əyriliklər vardır ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyildir. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal bir haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır.
Başın arxasında saç tökülməsinin olması və ya çox tərləmə. Bilirik ki, bir çox normal körpə və uşaqlarda da bu əlamətlər ola bilər. Belə ki, körpələr məxsusən baş nahiyəsindən tərləyərlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır.
3. Rəxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hər tərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen filmi çəkilməlidir. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər.
4. Azərbaycanda olan müşahidələrimdə rəxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etdim. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (verilən müalicələr nəticəsində) kalsium və D vitaminin olduğunu da müəyyən etdik.
Müəllif: Altay Abdullaoğlu, pediatr-neonatoloq
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 21 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq