Ruhlar evlərə niyə 4-cü günlər gəlir, hansı mahnılara əsəbiləşirlər? - ELŞAD MİRİ AÇIQLAYIR

Ruhlar evlərə niyə 4-cü günlər gəlir, hansı mahnılara əsəbiləşirlər? - ELŞAD MİRİ AÇIQLAYIRZaman keçir, bəşər sivilizasiyası sürətlə inkişaf edir, süni dəri, orqan, hətta zəka belə yarada bilirik. Amma nə sirdirsə, batil inanclar azalmır.

Əksəriyyət bu inanclara dinin buyurduqlarından daha çox bağlanır. Həyat tərzlərini bu inanclara uyğun qururlar.

Maraqlıdır ki, bu məsələdə ilahiyyatçılar nə düşünür? Məsələn, Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Miri ölənlərin ruhlarının evlərə qayıtmasına inanırmı? Düşünürmü ki, təmtəraqlı ehsan verəndə ölən şəxs cənnətə düşəcək? Avtomobili ilə məzarlığın yanından keçəndə, musiqinin səsini alırmı ki, ölüləri oyadar?

Edib-etmədiyinə, etmirsə, niyə etmədiyinə E.Miri özü aydınlıq gətirdi. Publika.az-a söylədi ki, insanların bu kimi xurafatlara inanmasının əsas səbəbi Allaha olan sevgidən yox, qorxudan irəli gəlir. İslam dini ölülərin xatirəsini əbədiləşdirmək üçün bu dünyada təmtəraq qurmağa ehtiyac görmür. Ediriksə, bunu onlar üçün deyil, əslində özümüz üçün edirik:

"Bunlar sonradan quraşdırılımış məsələlərdir. Dinimizdə belə əməllər dəstəklənsəydi, o vaxt peyğəmbərin 6 övladı, 3 xanımı, əmiləri, dostları vəfat edəndə, onlar üçün də təmtəraq qurulardı. Varmı belə bir şey? Yoxdur. Çünki bu addımların heç birinin dini əsası yoxdur və ola da bilməz. Kimlərsə özü üçün uydurma qaydalar qurur və bunu İslam dini adı altında təbliğ edir. Əlimizin altında "Quran" var, açıb bir dəfə oxumaqla bu məsələlərin dini cəhətdən gerçək olub-olmadığına qərar verə bilərsən".

Bəs ruhlar geri qayıdırmı? Qayıdırlarsa, niyə məhz əksəri həftənin 4-cü gününü seçirlər? İlahiyyatçı bu inancı da rədd edir. Deyir ki, ruhun bədəndən ayrılma prosesi cəmi bir dəfə baş verir və bunun geri dönüşü ola bilməz:

"Onu xüsusilə vurğulamaq lazımdır ki, ruhun bədəndən ayrılması, bədəndən ayrı bir varlıq, məxluq kimi qəbul edilməsi, İslam dininin meydana gəlməsindən bir neçə əsr sonra yaranıb. Bu əsasən Yunan fəlsəfəsinin məhsuludur. Bizim peyğəmbərlərin, imamların dövründə belə inanclar olmayıb. Bu gün biz dərk etməliyik ki, müsəlmanlara bu cür ayinlər, inanclar təlqin edilməməlidir. Müqayisə edək: heyvanlar da canlıdır, insanlar da. Amma heyvanlarla insanları fərqləndirən nədir? Təbii ki, ruh. Ruhun olmağı isə onun canlı və ya cansız olması ilə əlaqələndirilmir. Allah tərəfindən insana verilən şüur, ağıl və iradə məhz, nəzərdə tutulan o ruhu ifadə edir. Daha da önəmlisi əxlaqi dəyərlər və seçim hüququdur. Heç eşitmisiz ki, desinlər, əxlaqlı və ya əxlaqsız heyvan? Əlbəttə ki, yox. Çünki, bu heyvanların yaradılışına ziddir. İnsanla isə birbaşa bağlı olan məsələdir. Bu xurafat insanları uçuruma aparacaq. İslam dininin kitabı "Qurani-Kərim"dir. Kitabda isə belə şeylər yoxdur. Allahın bəndələri üçün buyurmadığı bir şeyi kim iddia edə bilər? Heç kim deyə bilməz ki, insanın ruhu öləndən sonra səmada, haradasa gözləyir ki, həftənin 2,4 və ya 5-ci günü olsun, o da öz evlərinə gəlsin, gəzsin, dolansın. Bu gülməlidir".

Diqqət etmisinizsə, qəbirstanlığın yanından avtomobillə keçəndə insanlar musiqinin səsini ya azaldırlar, ya da ki, tamamilə söndürürlər. Bunu bir ehtiram əlaməti kimi görənlər də var. Amma elələri var ki, musiqinin ölüləri qıcıqlandırdığına, oyatdığına inanırlar. Düşünürlər ki, musiqi dinlədiklərinə görə ölülərin lənətinə tuş gələrlər. Bəs bu inancla bağlı nə edək? Oturub güləkmi, ağlayaqmı, yoxsa sakitcə əməl edək? E.Miri bu inanca güldü:

"İnsan nəyisə sevirsə, mütləqdir ki, sevmədiyi şeylər də var. Ya da tam əksinə. Tutaq ki, mahnılar ölüləri qıcıqlandırır, onlar dinlədiyimiz musiqiləri eşidirlər. Bəs necə bilmək olar ki, onlar hansı musiqi janrlarını sevirlər? Kimin ifasını bəyənirlər? Maykl Ceksonun, yoxsa Sibel Canın? Buna inanan adamlardan biri gərək bu sualın cavabını da öyrənib bizi maarifləndirə. Bu axı nə təfəkkürdür, nə anlayışdır? Ölülər bizi eşidə bilməz. Bu gün insanlar arasında buna inanan və ölülərdən qorxanların sayı çoxdur. Lakin bütün bunların səbəbi cahillikdir. Hətta Allah öz peyğəmbərlərinə də buyurub ki, siz qəbirdəkilərə heç bir şey eşitdirə bilməzsiniz. Özünüz düşünün də, Allahın peyğəməbərlərinin belə ölülərə hər hansı informasiya ötürmək səlahiyyəti, ölülərin də bu dünyada baş verənləri eşitmək kimi şansları olmayıbsa, kim iddia edə bilər ki, ölülər eşidir? Bu da İslam dini adı altında insanların beyninə yeridilən, heç bir əsası olmayan boş fərziyyədir. Bunlardan qurtulmağın tək yolu "Qurani- Kərim"i oxumaq və dinin həqiqətlərini öyrənməkdir. 100 dəfə eşitməkdənsə, 1 dəfə oxuyun və dəqiq olanı bilin".

İlahiyyatçı bu cavabla da kifayətlənmədi. Söylədi ki, ölüləri torpağa tapşırmaq üçün molla çağırmaq da şərt deyil:

"İslamda molla, din xadimi deyə, xüsusi bir peşə, səlahiyyətli şəxs yoxdur. Bunlar hamısı sonradan uydurulmuş məsələlərdir. Bu gün, heç kim deyə bilməz ki, peyğəmbərin dövründə hər kəs molla olub, peyğəmbər də onların baş mollası. Yəni, o zaman öləni qaydalara uyğun şəkildə yuyub, kəfənə qoyub dəfn edirdilər, vəssalam. Heç bir molla, din xadiminə ehtiyac duyulmayıb, heç bir ayin, mərasim keçirilməyib. Bu gün biz bu xurafatlara, əsassız nağıllara inansaq, bu nəticəyə gəlmək olar ki, molla, din xadimi dediyimiz insanlar, yer üzündə Allahın nümayəndələridir. Axı İslamda Allahın təmsilçisi qismində hər hansı bir qrup, avtoritet anlayışı yoxdur. Məsələn, mənim əmim, nənəm vəfat edəndə, mən molla və ya qeyri bir kəsi dəfn mərasiminə buraxmadım. Özümüz qaydasına, üsuluna uyğun mərhumu yuyulduqdan sonra kəfənə qoyub, cənazə namazını qılıb, dəfn elədik. Orada da mən hər kəsə izah etdim ki, sizin uzun-uzadı burada ərəb dilində nələrsə oxumağınızı mərhum eşitmir. O, artıq bu dünyadan köçüb. Ehsan verməyinizin, həftənin hansısa günləri onun xatirəsinə ərəb dilində nələrsə oxutmağınızın, o insanın o dünyadakı vəziyyətinə heç bir təsiri yoxdur. Bu qeyri-mümkündür. Təbii ki, bu batil inanclar insanların şüuruna o qədər yeridilib ki, həqiqətləri deyəndə qəribə qarşılayırlar. Amma doğrusu budur".

İndi gələk əsas məsələyə. Çox qəribədir ki, insanların böyük əksəriyyəti bu dünyadakı əməllərini cənnət-cəhənnəm anlayışı ilə ölçürlər. Hamı deyir ki, bunu belə etsəm, cənnətə gedəcəm, əksini etsəm, cəhənnəmə. Sanki indidən özlərinə "xal" toplayırlar. Görəsən İslam dini insanlara "bu dünyada əbədi dünyanızı qazanın" dedikdə bunumu nəzərdə tutur?

E.Mirinin fikrincə, bu və digər məqamların da başında insanları xurafata sürükləyən ən güclü faktor kimi ölüm qorxusu, cənnət-cəhənnəm anlayışı dayanır:

"Hazırda cənnət və cəhənnəm mövcud deyil. Mövcud olacağı vaxtı bilmirik və iddia edə bilmərik. Bu insanların yenidən yaradılmasından, haqq-hesaba çəkilməsindən sonra Allah tərəfindən gerçəkləşdiriləcək məqamlardan biridir. "Hər bir kəs (canlı) ölümü dadacaqdır." (Ali İmran, 3/185) Bu da həqiqətdir ki, hər kəs bir gün mütləq öləcək. Allah qəlbləri görür. Bu düşüncə ilə bütöv bir həyatı başa vuran insanları anlamaq olmur. Bütün bu inancların bu qədər geniş yayılmasının səbəbi bilirsiz nədir? Hansısa bir şəxs əvvəllər bütün bu bəhs etdiyimiz məqamları bir fikir olaraq ortaya atıb. Toplum isə bu fikri şüuraltı qəbul edərək, tətbiq etməyə başlayıb. Uydurma olsa da, İslam dini adı altında təbliğ olunan əsaslı və ya əsassız olan fikirlərə cəmiyyətdə qəribə bir yanaşma var. Sorğu-sual etməkdən çəkinirlər. Məsələni araşdırmadan inanc gətirirlər. Çox qəribə bir düşüncə tərzidir. Nəsə etmək istəyəndə ilk bunu sual edirlər: camaat nə deyər? "Mən buna inanmıram" desəm, kafirdir, şəkk gətirir deyərlər. Ölüyə cümə axşamı verməsəm, belə deyərlər, elə deyərlər. Ehsanı yüksək səviyyədə verək və s. bu kimi bir növ yarış gedir. Vəziyyəti bax bu dərəcəyə gətirib çıxaran isə insanların özləridir. Hər kəs bilməlidir ki, ölən insan üçün edə biləcəkləri ən böyük yaxşılıq onun cəsədini qaydalara uyğun şəkildə yuyub, kəfənə büküb, dəfn etməkdir. Başqa heç nə lazım deyil".

Maraqlı     Baxılıb: 4045   Tarix: 28 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az sade makiyaj sekilleri geyim şəkilləri maskalar qadin ve kisinin seksi uşaqlar üçün hicab modelleri vətən haqqında atalar sözləri mikayıl abdullayev olumu şebnem tovuzlu hakisdalar ana haqqinda bayati