Rus yazıçıdan sensasiya: Koronavirus yoxdur, məqsəd...

Rus yazıçıdan sensasiya: Koronavirus yoxdur, məqsəd...Koronavirus mövzusu dünyanın əsas gündəmi olaraq qalır. Bu mövzuda o qədər iddialar var ki, onların hansının doğru, hansının yanlış olduğunu indilikdə demək çətindir.
Milli.Az musavat.com-a istinadən rus yazıçı-proqnozçu Sergey Peresleqin müsahibəsindəki iddiaları bu baxımdan indilikdə birmənalı qiymətləndirmək də mümkün deyil. Amma müsahibədə irəli sürülən iddialar çox maraqlıdır və insanları düşündürən bir çox suallara da cavab tapmaq mümkündür.
Sergey Peresleqlə müsahibədən bir hissəni təqdim edir:
Nə virus var, nə pandemiya...
Rus yazıçının dediklərindən: "Gəlin əvvəlcə onu aydınlaşdıraq ki, bu koronavirus sosial baxımdan nə deməkdir? Aydındır ki, nə belə bir virus epidemiyası, nə də pandemiyası var. Adi qripdən hər il ölənlərin sayı bundan çoxdur. Yeni növ koronavirus 1920-21-ci illərdə yayılmış "İspan qripi", 1967-ci ildəki Honq-Konq qripi ilə müqayisə olunmaz. Burda əsas məsələ təhlükənin miqyası yox, virusla bağlı yaranmış suallara cavabdır".
Dünyada maliyyənin bölüşdürülməsi prosesi gedir
"Bu koronavirus, dediyiniz kimi, öldürməsə də, niyə dünyada insanları evlərindən çıxmamağa məhkum edib" sualına yazıçının cavabı belədir:
"Bu, dünyanın yenidən format edilməsidir. Bizə deyirlər ki, səbirli olun, virus gedəcək, hər şey yenə öz axarına qayıdacaq. Amma heç nə əskisi kimi olmayacaq. Bu virus gedəcək, yerinə bir başqası meydana gələcək. Bu daha heç bitməyəcək. Nə baş verir? Dünyanın maliyyə bazarını, pul axınını yenidən reforma edir, yenidən strukturlaşdırırlar. Bu gün virusla mübarizə deyil, beynəlxalq kapitalın yenidən bölüşdürülməsi prosesi gedir. Gördüyünüz kimi, şirkətlər bir-birinin ardınca müflis olur. Aviaşirkətlər, turizm firmaları, kinoteatr və iaşə sektorları müflis olur. Bunları sonradan qəpik-quruşa alacaqlar. Bu, xüsusi maliyyə əməliyyatıdır. Ona görə də bu virus neçə-neçə ölkələri çökdürəcək".
Bəs bunları hansı güclər edir?
Bunları edən kimlərdir bəs? Cavab çox maraqlıdır:
"Uzun illərdir ki, dünyada iki növ - sənaye və bank kapitalının mübarizəsi gedir. Əgər daha aydın desək, bir tərəfi siyasi nöqteyi-nəzərdən Trampın qrupu, ikincini isə Hillari Klinton təmsil edir. İndi bu mübarizəyə üçüncü qüvvə də qoşulub. Bu üçüncü qüvvə isə böyük dünya fondlarıdır ki, onlar əvvəl bank sektorunda olublar. İndi o üçüncü qüvvənin əsas məqsədi özlərinə həm sənaye, həm də bank sektorunda kapital toplamaqdır. Adətən, dünyada maliyyə bölüşdürülməsi müharibələrlə tənzimlənir. Amma indi gördüyümüz qlobal dünya müharibəsinin koronavirusla imitasiyasıdır ki, məqsəd və nəticə maliyyənin bölüşdürülməsidir".
Dünya miqyasında soyğun
Yazıçının dediyinə görə, evdən işləmək müəyyən bir təbəqənin, məsələn, yaşlı professorların, müəllimlərin evdən işləməsi maliyyə məsələsini, sonra isə pensiyaya göndərilməsini gündəmə gətirəcək.
"İcarəyə götürülən bahalı ofislər boşalacaq. Məsafəli işləmək internet korporasiyalarının işinə yarayacaq. Buna ABŞ-ın bir neçə xırda korporasiyası nəzarət edir. Bu korporasiyalar ciddi maliyyə qaynaqları əldə edəcəklər", - o bildirib.
Daha sonrakı iddialar da maraqlıdır: "Bu, dünya miqyasında soyğundur və koronavirusla mübarizədə qələbə heç nəyi dəyişməyəcək. Bundan ən çox itirən isə istehsalçılar, işləyən əhali, vergi ödəyiciləri olacaq. Milyarderlərin koronavirusdan astronomik maliyyə itkisi verməsi barədə xəbərlərə inanmayın. Yadda saxlayın ki, milyarderlər heç nə itirmir, itirsəydilər, heç milyarder olmazdılar. İtirdikləri olarsa, onu da əhalidən çıxaracaqlar. Bu səbəbdən koronavirusdan sonrakı dünyada insanların həyat şəraiti xeyli pisləşəcək. Bu virusdan ən çox itirən Çin olacaq. Çünki bu ölkə dünyanın "emalatxanasıdır". Bu səbəbdən istehsal müəssisələri ya bağlanacaq, ya yeni müəssisələrlə əvəz olunacaq. Bunun nəticəsində yaranmış vəziyyət Çində əhalinin yaşayış səviyyəsinə ciddi təsir edəcək. Amma bu, onlar üçün nə faciə, nə qəza olacaq, çünki orada yaşayış səviyyəsi həmişə aşağı olub. Avropa isə məhdudiyyət və məhrumiyyətlərə öyrəşməyib. Həyat səviyyəsi isə yüksək olub. Bu səbəbdən həyat səviyyəsinin düşməsinin miqyası çinlilər kimi olmasa da, daha ağrılı olacaq. 90-cı illərin ab-havasının qayıdacağı barədə çoxsaylı iddialar var. Avropa bu koronavirusdan çox ciddi təsirlənəcək. Rusiya da nəsibini alacaq. ABŞ isə ənənəvi olaraq krizisdən çox qazanclı çıxacaq. Hegemon iqtisadiyyata malik ABŞ-da bu cür krizisləri başqasının ayağına yazırlar, əgər təbii ki, hakimiyyətdəkilər axmaq deyillərsə. Tramp isə axmağa oxşamır".
Həyatımız necə dəyişəcək?
"Bəs həyatımızda daha nələr dəyişəcək" sualına yazıçının cavabı belə olub:
"Həm işə götürəndə, həm ölkə sərhədini tərk edəndə bizdən bu virusun olmaması barədə arayış tələb etməyə başlayacaqlar. Təmsil etdiyimiz ölkənin bioloji vəziyyətini bəhanə edərək insanlara ciddi nəzarət olacaq. ABŞ-a gəlmək istəyənlərin, xüsusilə, əmək miqrantlarının qarşısını digər yollarla almağa ehtiyac yoxdur. Epidemiya özü hər şeyi edir.
Digər ölkələr də bu məhdudiyyətlərə əməl etmək məcburiyyətində qalacaqlar. İxtisarla bağlı işçilərə verilən əmək haqqını da indi aşağı salmaq çətin olmayacaq. Bir sözlə, bioloji təhlükə sırf iqtisadi planların işləməsi üçündür".
İnsanların bir-birinə münasibətində nələrsə dəyişəcəkmi?
"Heç nə dəyişməyəcək. Amma dövlətlərin bir-biri ilə münasibətlərinin bundan sonra necə olacağını demək çətindir. Bu yəqin ki, dünyada postqloballaşma dövrü olacaq ki, dövlətlərin buna keçidi haqda nəsə demək olmur. Süni intellekt dövrü başlayacaq. Artıq banklar və digər korporasiyalar süni intellektə bağlı sifarişləri artırıblar. Adamların bir-birinə şübhəli baxdığı dövrdə virtual əlaqələrin keyfiyyəti daha da artacaq. Bu baxımdan yeni peşələr yaranmayacaq. Müəllim işi, iaşə və digər xidmət sahələri xeyli zədələnib.
Ərzaq qıtlığı gözlənilmir. Ola bilər ki, müvəqqəti bəzi xaricdən gələn məhsullar azalsın. Amma bu müharibəni başlayanların bizi aclıqdan qırmaq fikri yoxdur. O baxımdan arxayın olmaq lazımdır".
Mayda teatrlar və...
"İnsanların normal həyata dönüşü nə vaxt ola bilər" sualına cavab:
"May ayında kinozalların və teatrların qapıları açıla bilər. Müəyyən ölkələr məhdud sayda təyyarə uçuşlarını bərpa edə bilər. Dünyanın istədikləri düzəninin dəyişməsi üçün zaman lazımdır və bu səbəbdən koronavirus təhlükəsi davam edə bilər. Çünki məqsədə çatmaq üçün bir az daha çox zamana ehtiyac var. 2021-ci ilin yanvarında insanların artıq bu virusa qarşı immuniteti yaranmış olacaq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2155   Tarix: 28 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

qadin dunyasi yemek reseptleri qadın geyimi mətbəx cümə gününün duası qis geyimleri düzgün qidalanma kosmetika novruza aid hakisdalar uşaq nece olur lakonizm hakista sozler 8 mart