Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.
Milli.Az xəbər verir ki, antibakterial məhsulların tərkibindəki kimyəvi maddələr zəif bakteriyaları öldürsə də, güclü olanların sağ qalmasını təmin edir.
Sağ qalan bu bakteriyalar mutasiyaya uğrayaraq "super bakteriya"ya çevrilir.
Nəticədə, heç bir antibiotikin təsir etmədiyi müqavimətli mikroorqanizmlər yaranır ki, bu da gələcəkdə sadə infeksiyaların belə müalicə olunmamasına yol aça bilər.
İnsan immuniteti güclənmək üçün ətrafdakı mikroblarla mübarizə aparmalıdır.
Hər yeri hədsiz sterilizə etdikdə, immunitet sistemi "tənbəlləşir". Bu da xüsusilə uşaqlarda allergiya, astma və ekzema kimi xəstəliklərin artmasına səbəb olur.
Antibakterial sabunların etiketində tez-tez rast gəlinən Triklosan maddəsi ciddi təhlükə mənbəyidir:
Triklosan bədəndə hormonal balansı, xüsusilə qalxanvari vəzi (zob) hormonlarını pozur.
Su qaynaqlarına qarışdıqda balıqlara və təbiətə böyük ziyan vurur. Bir çox ölkədə bu maddənin sabunlarda istifadəsi artıq qadağan edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və mütəxəssislər bir məsələdə həmfikirdir:
Əlləri 20 saniyə ərzində adi sabun və su ilə yumaq xəstəlik yaradan mikrobları uzaqlaşdırmaq üçün tamamilə kifayətdir.
Antibakterial məhsulları və dezinfeksiyaediciləri yalnız su və sabuna əlçatanlıq olmayan yüksək riskli mühitlərdə (məsələn, xəstəxanalarda) istifadə etmək ən doğru yoldur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 978   Tarix: 21 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yemek reseptleri aksessuarlar sac duzumleri 2026 ayaqqabı modelləri gözəllik xəbərləri xina ucun bayatilar ayaq dirnaqlarina qulluq kosmetika xocali kurtlar vadisi rus dilini oyrenek 2ci ders gulmeli hakista yutube