Saç boyaları ÖLDÜRÜR - Xanımlar mütləq oxusun

Saç boyaları ÖLDÜRÜR - Xanımlar mütləq oxusun"Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır, xarici təsirlərdən qoruyur, kimyəvi tərkibli boyalar isə həmin təbəqəni dağıdır"
Milli.Az musavat.com-a istinadən bildirir ki, Böyük Britaniyada saçını boyatmaq istəyən 27 yaşlı Rayan Briqsin halı pisləşib.
Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb. Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub. Hazırda onun həyatına təhlükə yoxdur. 
Məlumdur ki, saç boyalarından bir qayda olaraq, zərif cinsin nümayəndələri istifadə edirlər. Maraqlıdır Azərbaycanda gözəllik salonlarında bu hal tez-tezmi yaşanır? Bənzər fəsadlar olurmu? Bununla bağlı araşdırma aparmaq üçün bir neçə gözəllik salonuna baş çəkib real vəziyyətlə maraqlandıq.
İlk olaraq saç ustası Maral Qurbanova bildirdi ki, allergik reaksiyalar boyaların növlərinə əsasən baş verir: "İki cür rəng var: kimyəvi və bitki tərkibli rənglər. Ən yaxşısı bitki tərkibli olanlardır. Onlar kefiyyətli və qalıcıdırlar. Saça parıltı verir və tökmür. Amonyakı çox olan rənglər isə ziyanlıdır. Çünki saçı və dərini yandırmaqla yanaşı, həssas adamlarda allergik reaksiyaya səbəb olur. Bu rənglərin bir çoxu zirzəmilərdə küstar üsulla hazırlanır. Onların tərkibi isə ümumiyyətlə, bəlli deyil. Belə müştərilərimiz çox olub. Onların gözü şişir, dəriləri qızarır. Hərə öz bədənini tanımalı və nəyə allergiyası olduğunu bilməlidir". 
Məlhəm Beynəlxalq Hospitalın həkim dermatoloq Pərviz Dadaşov deyir ki, saç boyaları cəmiyyətdə geniş yayılıb.Demək olar ki, 18 yaş üzərində olan bütün xanımlar saçlarını boyayırlar: "Boyalar 3 tipə bölünür. Birincisi keçici saç boyalarıdır. Onlar saça sürüldükdən və 1-2 dəfə yuyulduqdan sonra gedir. İkinci saç boyaları yarıqalıcıdır ki, bunlar 5-6 dəfə yuyulduqdan sonra gedir. Bunlar saçın dibinə hopmurlar. Amma ən qorxduğumuz qalıcı saç boyalarıdır ki, onların tərkibində hidrogen pereoksid və ya ammonium-hidroksid deyilən maddələr var. Bunlar saçın xarici təbəqəsindən daxilə keçdikdə keratin tərkibində olan kükürd molekulları ilə birləşir,  daha böyük həcmə gəldikləri üçün çölə çıxa bilmirlər və daim o saç rəngini dəyişirlər. Bu saç yalnız dibdən yeni saç çıxdıqda yenilənir. 
Həmin saç bir daha köhnə rənginə qayıtmır. Ən pislərdən biri də saç rəngini açan maddələrdir. Bunlar da toplumda geniş istifadə olunur. Onlar da saçı zədələyir. Saç boyalarının zərərli olub-olmaması haqda düşündükdə saçın quruluşunu bilməliyik. Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır. O, saçı xarici təsirlərdən qoruyur və nəm saxlayır. Kimyəvi tərkibli boyalar həmin təbəqəni dağıdır. Dağılan saçlar kövrək, qırılqan, quru və ətraf mühitə qarşı həssas olurlar.  
Və saç 50 faiz civarında tamlığını itirir. Saç boyalarının saçdan başqa allergik zərərləri də ola bilər. Qızartı, qaşınma verə bilər. 2006-2008-ci illərdə bəzi saç boyalarının xərçəng yaratma riski araşdırılıb və məlum olub ki, sidik kisəsi xərçənginə saç boyaları ilə məşğul olan bərbərlərdə daha çox rast gəlinib. Amma son dönəmlərdə bu araşdırmaların nəticələri tam müəyyən edilməyib". 
Onun sözlərinə görə, 2006-cı ildə Avropa Birliyinin tibib komissiyasının toplanıb saç boyalarını müzakirə etməsi nəticəsində əvvəllər saç boyalarında istifadə edilən 22 maddənin istifadəsi qadağan edilib: "Amma bu o demək deyil ki, indiki saç boyalarındakı maddələr çox yaxşıdır, yəni bunları istifadə etmək olar. Hətta organik, təbii adla istifadə edilən saç boyalarının  tərkibində orqanizmə zərərli kimyəvi maddələr var. Digər aspektdən baxdıqda insan saçını boyamaq məcburiyyətindədirsə, seçim olaraq qalıcı boyalardan istifadə etməsin. Ən idealı isə süni boyalardan istifadə etməmək, təbii-xına kimi boyalardan istifadə məsləhətdir". 
Dermatoloq Fərhad Qarayev bildirib ki, saç boyalarının tərkibində olan maddələrə qarşı bəzi insanlarda sadəcə allergik reaksiya olur: "Bu o demək deyil ki, onlar zərərlidir. Bu, sadəcə, həmin insanların həmin maddələrə qarşı həssaslığından irəli gəlir. Onlar o tərkibdə olan vasitələrdən uzaq durmalıdırlar. Bu maddələr boya, kosmetik vasitələrdə, təbii qidalarda da ola bilər. Hansısa saç boyasında hansısa maddənin zərərli ola bilməsi fikrini tədqiq etməli, araşdırmalı və tapmalıyıq". 
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1475   Tarix: 11 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü