Saç tökülməsinə qarşı tədbirlər

Saç tökülməsinə qarşı tədbirlərBaşın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.
Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur.

Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Bununla eyni bir zamanda yeni tüklər də inkişaf etməyə başlayır – onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.

Əgər siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola bilər.
Saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri - irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün qidalanma və s. ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.
Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur: müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
Saçların tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.

Saçların tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır. Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq, dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə təyin olunur. Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər qısaltmalı olacaqsınız – bu, baş dərisini oksigenlə kifayət qədər təmin etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də asanlaşdırır.

Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və müalicəni əvəz edə bilməz.
Əgər saçlar seyrəlməyə başlayarsa, saçların möhkəmləndirilməsi üçün həftədə 2-3 dəfə xüsusi maskalar etmək yaxşı olar:
- 1 xörək qaşığı konyak, 1 yumurta sarısı və 1 desert qaşığı balı qarışdırın. Alınan maskanı saçları yumamışdan qabaq 30 dəqiqə müddətinə başın dərisinə çəkin. Sonra saçları içərisinə ½ limon şirəsi qatılmış yumşaq su ilə yaxalayın.
- 1 çay qaşığı bal, 1 yumurta sarısı, 1 çay qaşığı gənəgərçək yağı və 1 çay qaşığı ayıpəncəsi yağı götürərək onları qarışdırın. Bu qarışığı başın dərisinə sürtüb əvvəlcə sellofan ilə, sonra isti şərflə örtün. 1-2 saat keçdikdən sonra başınızı yuyun.
- Əgər saçlarınız seyrəkdirsə və pis uzanırsa, axşam başın dərisinə gənəgərçək yağı sürtüb yatın, səhər isə başınızı yuyun. Bu proseduranı, saçların vəziyyətində nəzərəçarpacaq yaxşılaşma qeyd edilənə qədər həftədə 2 dəfə olmaqla etmək lazımdır. Lazımı effekti aldıqdan sonra isə onu 2 həftədən bir və ya ayda 1 dəfə olmaqla yerinə yetirmək olar.
Saçları bərpa etmək və onları möhkəmləndirmək üçün maskalardan başqa, dərman bitkilərindən hazırlanan dəmləmələrdən və onların spirtdə hazırlanan məhlullarından da istifadə etmək olar. Maskalar kimi, onları da müntəzəm olaraq həftədə 2-3 dəfədən az olmayaraq heç olmasa 1 ay müddətində tətbiq etmək lazımdır. Otlardan hazırlanan bu məhlulları başı yuduqdan sonra saçların sonuncu dəfə yaxalanması üçün hazırlanan yumşaq suya əlavə etmək və ya başı yumamışdan qabaq saçların köklərinə sürtərək 1 saat ərzində saxlamaq olar. Əgər saçlarınız yağlıdırsa onları dəmləmələrlə yaxalamaq daha yaxşıdır. Saçlarınız quru və ya normaldırsa, dəmləmələri masaj hərəkətləri ilə başın dərisinə sürtmək olar.

- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır.
- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynatmaq lazımdır.
- 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır (böyürtkən yarpaqlarından da eyni qayda ilə dəmləmə hazırlamaq olar).
- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynatdıqdan sonra süzün. Saçları yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə etmək olar.
- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.
- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra onu süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.
- 3 xörək qaşığı çaytikanı meyvələri və yarpaqlarının üzərinə 2 stəkan qaynar su töküb 30 dəqiqə ərzində dəmlədikdən sonra süzün.
- Saçlar güclü şəkildə töküldüyü halda, başın dərisinə sürtmək üçün uzunsov qırmızı bibərin spirtli məhlulundan istifadə etmək olar. 100 qram qırmızı bibərin üzərinə 1 litr 70 dərəcəli spirt əlavə edərək 6-7 gün ərzində saxladıqdan sonra onu süzürlər. Alınmış qarışıqdan 10 qram götürüb, onu 100 qram qaynanmış su ilə qarışdırdıqdan sonra, həftə ərzində 2-3 dəfə axşam saatlarında başın dərisinə sürtmək lazımdır.
Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar: vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra) qəbul etmək və s.

Gözəllik və Moda     Baxılıb: 2261   Tarix: 12 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi hamilelikde qidalanma sade makiyaj sekilleri qazan kotleti hazirlanmasi yuxuyozma maraqlı faktlar erotik paltar kurtlar vadisi zəhmət bayatılar novruz masqalar