Saç tökülməsinə qarşı vitaminlər
Saç baxım məhsulları istifadə etməyinizə baxmayaraq, saçlarınıza həcm qazandıra bilmirsinizsə, deməli, problemin səbəbini suyun temperaturunda axtarmalısınız. Saçların sağlam və həcmli olmamasının birinci səbəbi qaynar sudur.
Bu fikrin müəllifi həkim-dermatoloq Ata Nejat Sabah açıqlamasında deyib: "Qış aylarında hava quru olduğu üçün saçlara daha çox diqqət göstərmək lazımdır. Saçı hər gün yumaq onu qurudur, dolayısı ilə qırılmasına və korlanmaısna səbəb olur. Saçları 3 gündən bir yumaq böyük şəhərdə yaşamağın şərtlərindən biridir. Şəhərin kirli havası saçları həftədə 2, maksimum 3 dəfə yumağı tələb edir. İsti su saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyindən başınızı ilıq suyla yumağa diqqət edin. Saçlarınızın dibini möhkəmləndirmək istəyirsinisə, bu, şərtdir"
Saçı gücləndirmək üçün vitaminlərdən istifadə edin
Bədəndəki hər hüceyrənin qidalanmağa ehtiyacı var. Sözsüz ki, saçlar da vitaminlərlə bəslənməlidir. Ata Nejat "Saç tökülməsi dayanmırsa, saçları bəsləmək üçün dermatoloji mütəxəssislərin təklif etdiyi biotin, sink, selen, metionin, E, B, D vitaminləri ehtiva edən dərmanlardan istifadə etmək lazımdır. Saç üçün doğru vitaminləri seçmək də əhəmiyyətlidir. A vitamini çatışmayanda saçlar qırılır və kəpəkli olur. B1 və ya B6 vitaminləri çatışmazlığı saç tökülməsinə səbəb olur. C vitamini saçın uzanmasını və saç tellərində piqment ifrazını qaydaya salır. B12 vitamini, saç köklərini bəsləyir".
f Paylaş








Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?