"Saç tökülür ki, yerində yenisi bitsin" - Səhhət - FOTO

"Saç tökülür ki, yerində yenisi bitsin" - Səhhət - FOTOHəkim-trixoloq Aytəkin Quliyeva: "Saçımı həftədə bir dəfə yuyuram"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Deyirlər ki, gözəllik qurban tələb edir. Saçlarımızın gözəl olması üçün verdiyimiz qurbanlar da az deyil. Amma nə ediriksə, edək, saç tökülməsi olanda, gözəllik gözə görünmür. Saç tökülməsi yeddidən yetmiş yeddiyə hamının rastlaşdığı bir problemdir. Xüsusilə, yaz aylarında daha çox adam saç tökülməsindən şikayətlənir. Müxtəlif  şampun və dərmanların köməyindən istifadə etsək də, çox vaxt bu, müvəqqəti olur. Bəs görəsən saç tökülməsinin ən əsas səbəbi nələrdir? Bunun qarşısını düzgün formada necə ala bilərik? Bu istiqamətdə suallarımızı həkim-trixoloq Aytəkin Quliyeva cavablandırdı.
- Saç tökülməsi bir qisim şəxs üçün adi hala çevrilib. Amma yaz aylarında saç tökülməsi ilə daha çox rastlaşırıq. Bunun səbəbi nədir?
- Saç tökülməsi artıq qlobal problemə çevrilib. Bir çoxları bunu gözəllik problemi kimi qəbul etsə də, əslində, bu, heç də belə deyil. Saç tökülməsi daxili xəstəliklərin saçda özünü büruzə verməsidir. Bəzən bir çoxları bunu ciddi qəbul etmir. Bir çox hallarda həkimə müraciət etmək əvəzinə, mövsüm dəyişikliyi ilə əlaqələndirib, üstündən keçilir. Əslində, saç tökülməsi normal bir şeydir, dərhal təlaşlanmaq olmaz. Çünki saçda fizioloji proses gedir. Saç tökülür ki, yerində yenisi bitsin. Tükün müxtəlif fazaları var. Biri töküləndə, digərində yenisi bitir. Saçda seyrəklik yoxdursa, bu, fiziolji tökülmə kimi qəbul edilməlidir. Əgər saç seyrəlir və yerində yenisi bitmirsə, bu, patoloji tökülmədir. Bunun üzərindən keçmək olmaz. Gün ərzində 70-80 saç tökülürsə, mövsümü keçidlərdə bu rəqəm 100-200-ə qədər arta bilir.
- Həmin müddətdə saça necə qulluq etməliyik?
- Əgər sizdə patoloji saç tökülməsi yoxdursa, mövsümü tökülməni təbii yolla müalicə etmək olar. Amma müxtəlif daxili xəstəliklər, stress, hormonal disbalans, yaş saçlarla yatmaq, düzgün qidalanmamaq, dəmir əksikliyi, vitaminsizlik mövsümü tökülməni xronikiləşdirə bilir. Bu zaman mütləq saç üzrə mütəxəssisə - trixoloqa müraicət edilməlidir. Əvvəlcə tökülmənin səbəbi araşdırmalıdır. Patoloji tökülmə zamanı müalicə yazılır, əgər mövsümü saç tökülməsidirsə, təbii üsullarla bunun qarşısını almaq olar. Bunun üçün bitki tərkibli ekstraklar qarışdırılıb sprey şəklində istifadə edilə bilər. Saçları yuyarkən şampunun içinə müxtəlif efir yağları əlavə etmək olar. Məsələn, saçda qaşıntı, kəpək varsa, şampuna çayağacı yağı əlavə etmək olar. 250 ml şampuna 10 damcı kifayət edir. Həsass dərili saçlar üçün şampuna evkalipt yağı əlavə edilərsə, daha yaxşı olar. Yağlı saçlar üçün limonun efir yağları daha məqsədəuyğundur. Ən önəmli məsələ saçları masaj etməkdir. Bu, qan dövranını daha da gücləndirir. Bu dövrdə yaş saçlarla yatmaq qətiyyən olmaz. Bu mikrosoyuqədyməyə səbəb ola bilir ki, bu da kapilyarlarda spazma yaradır. Spazma saçın kökünə qan getməyə imkan vermir. Saç canlı qalması üçün qanla qidalanmalıdır. Bu üsullarla ev şəraitində mövsümü tökülmənin qarşısı alına bilər.
- Qidalanma saçımıza necə təsir? Saç üçün faydalı olan qidalar hansılardır?
- Balanslı qidalanma çox vacibdir. Saçında yağlılıq, göbələk və kəpək olan insanlar qida rasionuna xüsusi diqqət etməlidir. Həmin şəxslər pəhrizli qidalanmalıdır. Çünki bu, birbaşa mədə-bağırsaqdan asılı problemdir. Göbələk hər birimizdə var, sadəcə olaraq, saprofit vəziyyətdədir. Onun patogen səviyyəyə qalxmaması üçün müəyyən qidalardan imtina edilməlidir. Yağlı, duzlu, şirin qidalardan, şorabalardan, spirtli içkilərdən uzaq olmaq lazımdır. Mövsümü meyvə və tərəvəzlərdən normasında istifadə edilməlidir. Fast-food, sürətli küçə yeməklərindən, siqaretdən uzaq olmaqda fayda var. 
- Bəzən deyirlər ki, düzgün qaydada yumayanda, yaxud suyun temperaturu soyuq və ya isti olanda saç tökülür...
- İnsan bədəninin temperaturu neçədirsə, suyun temperaturu ondan 5 dərəcə çox olmalıdır. Saçlrın 39-40 dərəcədə yuyulması daha yaxşı olar. Hədsiz isti və soyuq su saç tökülməsinə səbəb ola bilir. Bundan başqa, suyun tərkibi, yəni PH dəyəri də saçlar üçün çox önəmlidir. Saçlı dərinin PH dəyəri 5,5-dirsə saçımızın gövdəsinin PH dəyəri 3,5-dir. Ona görə, su, şampun və balzam seçimində bu məsələyə diqqət etməliyik. Gündəlik istifadə etdiyimiz su coddur. Suyunun tərkibində xlorun miqdarı çox olduğuna görə, saçlarımızı da cod edir. Cod su isə saçın strukturuna zərər verir. Belə su ilə yuyulan saçları daramaq çətin olur. Bu suya azacıq limon suyu qatılarsa, saçlarımız yumşaq olacaq.
- Hər gün saçını yuyanlar var. Bəzən də deyirlər ki, saç həftədə bir dəfə yuyulmalıdır.  Doğru  müddət nə qədərdir?
- Mən trixoloq olaraq öz saçımı həftədə bir dəfə yuyuram. Amma bu o demək deyil ki, hər kəs saçını bir dəfə yumalıdır. Həftədə iki dəfə saçı yumaq normaldır. Bəli, bəzi adamlar saçı hər gün yuyur. Cod su, kimyəvi şampunlar saçlı dərinin müdafiə qatını məhv edir, immuniteti sıfıra düşür. Belə olan halda, saçın həssaslığı artır, tökülməyə başlayır.
- Aytəkin xanım, sizcə, hər kəs öz saçı üçün düzgün şampunu necə seçməlidir?
-  Hər şeydən əvvəl qeyd edim ki, şampunun saça müalicəvi təsiri yoxdur. Yəni şampun saçı müalicə etmir. Çünki şampun dərinin alt qatına keçib saçın kökündəki problemi həll edə bilmir. Əgər kimisə qanı aşağıdırsa, kapilyarlarında spazma varsa, şampun bu problemlərə çarə deyil. Amma şampun seçimi saçın gövdəsinin sağlamlığı üçün önəmlidir. Bu da şampunun PH dəyəri ilə bağlıdır. Məsələn, mənim saçım yağlıdırsa, PH dəyəri aşağı olan şampun seçə bilmərəm. Çünki yağlı saçlar yumşaq şampun ilə yuyularsa, iki saat sonra saç yenidən yağlanmağa başlayacaq. Yağlı saçlar üçün PH dəyəri yüksək olan şampun seçilməlidir. Quru saçlar üçün isə bunun əksini söyləmək olar. Mümkün qədər, tərkibində sulfat, paraben silikon olmayan şampunlardan istifadə daha faydalıdır. 
- Saçımız tökülməyə başlayan kimi, adətən, kəsdiririk. Bunu bir növ, müalicə hesab edirik. Bu, düzgündür?
- Saç kəsimi müalicə metodu deyil. Amma üç aydan bir, saçların üç santimetr kəsilməsi normaldır. 30 santimetrdən sonra saçlarımız qocalmağa başlayır. Saçın isti qayçı ilə kəsilməsi faydalıdır.
- "Saç küsür" deyirlər. Həqiqətən də belədirmi?
- Həssas saç yoxdur. Həssas saçlı dəri var. Bu da stresslə əlaqəlidir. Amma "saçımı kəsdim deyə, küsdü" fikri tamamilə yanlışdır. 
- Bir çoxları saç tökülməsindən deyil, saçlarının uzanmamasından şikayət edir. Ümumiyyətlə, saçların uzanmaması nədən asılıdır?
- Bir tükün iki ildən yeddi ilə qədər uzanma fazası var. Bu da genetik olaraq kodlaşır. Məsələn, bir xanımın saçı çiynindən aşağı uzanmır. Diaqnostika edəndə məlum olur ki, onun saçının anogen fazası, yəni uzanma fazası iki ildən sonra davam etmir. Amma bu o demək deyil ki, həmin saçlar xəstədir. Belə qədər uzanan saçların uzanma fazası 7 ildir. Bu, genetik kodlaşdırmadır. Digər bir səbəb isə saçın dibinin qanla qidalana bilməməsi ilə bağlı ola bilir. Stress, hormon disbalansı da saçın uzanmasına təsir edir. Bu problemlər aradan qalxdıqdan sonra saç uzanmağa başlayır.
- Bir çox hallarda biz xanımlar saçlarımızı evdə özümüz rəngləyirik, sizcə, bunun hansı ziyanları var?
- Ev şəraitində saç boyasından istifadə edilirsə, diqqətli olmaq lazımdır. Tövsiyə edərdim ki, xanımlar saçlarını gözəllik salonunda boyasın. Çünki boya açıcılarının nisbətini evdə düzgün təyin etmək çətindir. Ümumiyyətlə götürdükdə isə saçın strukturu hansı rəngdədirsə, onu yarım ton aşağı və yuxarı tonda boyamaq olar. Əks halda saçın strukturu zədələnir. Boyaların PH dəyəri yüksək olduğuna görə, saçın kutikulasını dağıdır və özəyinə keçir. Kimyəvi boyalardan mümkün qədər az istifadə olunmalıdır. Saçlı dəri həssasdırsa, boya dəriyə vurulmadan, falqa vasitəsilə boyanmalıdır. Saç boyalarından daha çox xınanı məsləhət görərdim. Bu həm faydalı həm də təbiidir.
- Erkən yaşda saç niyə ağarır?
- Saç ağarması üç səbəbdən qaynaqlanır. İlk növbədə genetik faktoru qeyd etmək lazımdır. Müəyyən yaş həddinə çatdıqda saçda ağarma başlayır. Bunun qarşısını almaq mümkün deyil. İkinci bir səbəb saça rəng verən melanin piqmentinin olmamasıdır. Bu, irsi problem deyil. Üçüncü məqam isə erkən saç ağarmasıdır. Bu zaman həkim müayinəsi mütləqdir. Müəyyən laborator analizlərdən keçdikdən sonra hansı elementin çatışmadığı məlum olur. Müalicə ilə bunun qarşısını almaq olur. Amma artıq ağarmış saşları yenidən piqmentinə qaytarmaq olmur. Sadəcə, saçın qalan hissəsinin ağarmasının qarşısını ala bilərik. 
- Hamiləlikdən sonra xanımlarda saç tökülməsi problemi yaşanır. Bu, nə ilə əlaqədardır?
- Hamiləlik hormonları yüksək olduğuna görə, 9 ay müddətində fiziloji olaraq saçın qalınlaşması və uzanması müşahidə edilir, saçlar gurlaşır. Uşaq doğulduqdan sonra 6 ay ərzində anada saç tökülməsi başlayır. Bu da hamiləlik hormonlarının sürətlə düşməsi ilə bağlıdır. Normalda bu, 4-6 ay davam edir. Çünki ananın yuxu, qida rejimi pozulur, stress yaşayır. Bəzən bu müddət bir ilə qədər davam edə bilir ki, saç seyrəlməyə başlayır. Bu zaman müalicə təyin edilməlidir. 
- Bəs tökülən saçların bərpası mümkündürmü? Mezoterapiya nə dərəcədə effektivdir?
- Əvvəlcə xəstəni trixoskopiya adlanan aparatla diaqnostika edirik. Saçın köklərinə baxıb, hansı fazada töküldüyünü müəyyənləşdiririk. Tökülmə səbəbi təyin olunur və sonra xəstəyə müalicə yazılır. Yəni mezoterapiya dərhal təyin olunmur. Bir aylıq müalicədən sonra dərialtına mezoterapiya inyeksiya edilir. Bu zaman mezoterapiya, plazmaterapiya, ozonterapiya, fizioterapiyalardan istifadə olunur. Əgər saç kökü yoxdursa, mezoterapiya faydalı deyil. 
- Bəziləri saç əkməyə üstünlük verir. Elə olur ki, həmin saçlar da tökülür. Bu, nə ilə bağlıdır?
- Saç əkimi müasir dövrün cərrahi əməliyyatlarındandır. Lakin bu da əvvəlcədən müayinə əsasında təyin olunmalıdır. Əgər saç tökülməsi androgen mənşəlidirsə, yəni alın və təpə nahiyəsindəki saçlar tökülübsə, saç əkmək olar. Əkim üçün xəstə müayinə olunur. Donor bölgəsi sağlamdırsa və iki-üç köklüdürsə, transfer etmək olur. Əgər diffuz, yəni hərtərəfli saçtökülmə varsa, bunu araşdırıb müalicə etmədən saç əkdirmək faydasızdır. Müalicə edilmədiyinə görə, iki-üç ay sonra əkilən saçlar da tökülməyə başlayacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1351   Tarix: 10 may 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir

Yeni tədqiqatlar qarpız və qarpız şirəsinin bir sıra gözlənilməz sağlamlıq faydalarını ortaya çıxarıb . xəbər verir ki, nəticələri "Nutrients" elmi jurnalında dərc olunmuş bir neçə tədqiqat nəticəsində məlum olu

.

Evi həftədə neçə dəfə təmizləmək lazımdır

Amerika alimləri evi tez-tez təmizləməməyi tövsiyə edirlər. xəbər verir ki, alimlərin fikrinə görə, evin tez-tez yığışdırılması həm ev xanımının, həm də digər ailə üzvlərinin sağlamlığı üçün ziyanlıdır. Belə ki, steril şəraitd

.

Zeytun yağı niyə əvəzolunmazdır?

Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb. -a istinadən xəbər verir ki, ekspertin bu məsləhəti "Real Simple" jurnalında dərc olunub. Mütəxəssi

.

Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün

İsti yay günlərində sərinləmək istəyənlərin ilk seçimi olan qarpız marketlərdə dilimlənmiş və qablaşdırılmış forması ilə böyük istifadə rahatlığı yaradır. Lakin bu hazır dilimlərin arxasında istehlakçının büdcəsinə, sağlamlığın

.

Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?

Son dövrün ən çox müzakirə edilən super qidalarından biri olan aronya güclü antioksidant tərkibi, immuniteti dəstəkləyən quruluşu, sağlam yaşam (wellness) və qastronomiya dünyasındakı yüksəlişi ilə diqqət çəkir. Tünd bənövşəy

.

Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ

Sağlam görünmək və gənc yaşda olmaq ürək xəstəlikləri riskini tamamilə aradan qaldırmır. xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bəzi ürək problemləri uzun müddət simptomsuz inkişaf edə və qəfil ürək dayanmasın

.

Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər

Dr. İbrahim Türkekul, zəhərli "Hörümçək göbələyi" (Cortinarius) barədə xəbərdarlıq edib. Bu növün yeyilən "Mavi cincilə" (Lepista nuda) göbələyi ilə çox bənzər olduğunu bildirən mütəxəssis mühüm bir fərq

.

Sağlamlığa ən az ziyan vuran çörək BUDUR

Mütəxəssislərin fikrincə, tamamilə zərərli olan yeganə bir çörək növü yoxdur, lakin sağlamlığa ən az zərər vuran çörək ağ undan hazırlanan çörəkdir.  xəbər verir ki, bunu endokrinoloq Viktoriya Sadovskaya deyib. O bildiri

.

Koronavirusun yeni ştammı AŞKARLANDI

Tailandda vəhşi yarasalarda yeni koronavirus ştamı aşkarlanıb.  xəbər verir ki, ölkənin milli epidemioloji monitorinq sistemi tərəfindən aparılan araşdırmalar zamanı yarasa populyasiyalarında yeni koronavirus variantı müəyyə

turlar.az

geyim seçimi qaşların formalari reseptler qazan kotleti ehtiraslı şəkillər aybaşı maraqlı faktlar kosmetika layla efsaneler vidyolar qiz evi qizliq perdesi