Saçları yuyanda etdiyimiz 8 SƏHV
1. Saçları nə çox isti, nə də soyuq su ilə yumaq olmaz. Suyun temperaturu təxminən 36-37° C olmalıdır.
2. Saçları yuyarkən baş dərisini güclə sürtmək, qırnaqlarla cızmaq olmaz, hərəkətlər yumşaq və yüngül olmalıdır.
3. Yaş saçlarla yatmayın. Bu baş dərisində qan dövranının və saçların qidalanmasının pisləşməsinə səbəb olur. Bunlar isə saçları korlayır və onların tökülməsinə gətirib çıxardır.
4. Saçları sabunla yumayın. Hətta ən yaxşı yumşaq sabun baş dərisində və saçlarda olan qoruyucu su-lipid təbəqəni məhv edir. Nəticədə saçlar quru olur və daha asanlıqla qırılır. Bundan başqa, sabun cod su ilə qarışdıqda saçların üzərində boz tutqun ərpin əmələ gəlməsinə səbəb olur.
5. Saçları yuduqdan dərhal sonra daramayın. Bu saçların tökülməsinə səbəb olur. Saçları yuduqdan əvvəl və quruyandan sonra darayın.
6. Saçları isti fenlə qurutmayın. İsti orta olmalıdır. İsti fen saçları həddindən artıq qurudur, saçları korlayır, saçların tökülməsinə səbəb olur.
7. Saçları fenlə tam qurutmağa çalışmayın. Saçları bir qədər nəm saxlayın ki, onlar sonra təbii şəkildə qurusunlar.
8. Şampunu bilavasitə başınıza tökməyin (əvvəl əlinizə tökün) və lazım olandan artıq miqdarda istifadə etməyin! Sampunun çox olması saçınızı daha təmiz etməyəcək. Əksinə bu saç üçün ziyanlıdır.
Saglamolun.Az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür