Sağlam olmaq istəyirsinizsə, OXUYUN!

Sağlam olmaq istəyirsinizsə, OXUYUN!Qaraciyər orqanizmdəki toksinləri özünə toplayır. Əgər sağlam olmaq istəyirsinizsə, mütləq qaraciyərinizin yağ və toksinlərdən təmizlənməsini təmin etməlisinz. Bunun üçün də xüsusi qidalar var.
Xanim.az Publika.az-a istinadən qaraciyər təmizləyən bitki və tərəvəzlərin siyahısını təqdim edir.
Sarımsaq
Sarımsaq qaraciyər fermentlərinin fəallaşmasını təmin edir. Qaraciyər fermentləri isə bədəndəki toksin maddələrin zərərsiz hala gətirilməsini və qaraciyərin təmizlənməsini təmin edir.
Qreypfrut
Həm yüksək miqdarda C vitamini ehtiva edən, həm də güclü antioksidant olan qreypfrut qaraciyərin təbii dezinfeksiya funksiyasına yardım göstərir. Bir stəkan təzə sıxılmış qreypfrut şirəsi qaraciyərdə olan kanserogen və ya digər toksin maddələrin bədəndən atılmasını təmin edir.
Yerkökü və çuğundur
Hər iki tərəvəzdə yüksək miqdarda flavonoidlər ilə beta-karoten var. Bu iki təbii komponent qaraciyər funksiyalarını yaxşılaşdırır.
Yaşıl çay
Yaşıl çay qaraciyərin ən yaxşı "dostlarından" biridir. Yaşıl çayın tərkibindəki katexin adlı komponent güclü antioksidant anbarıdır. Katexin komponenti həm qaraciyər funksiyalarını yaxşılaşdırır, həm də bütün bədən sağlamlığı üçün son dərəcə faydalı bitkidir.
Göyərti
İstər bişmiş, istər suyu sıxılmış halda, istərsə də çiy istehlak edilən göy-göyərti qaraciyər üçün olduqca təsirlidir. Xlorofil ehtiva edən göyərtilər xüsusi ilə ispanaq qandakı toksin və kimyəvi maddələri təmizləyir.
Avokado
Avokadonun tərkibindəki glutatyon adı verilən təbii komponent qaraciyərin zərərli toksinlərdən təmizlənməsində böyük əhəmiyyətə malikdir.
Alma
Yüksək miqdarda pektin ehtiva edən alma həm qaraciyərin, həm də bütün həzm sistemi orqanlarının təmizlənməsini təmin edir. Eləcə də alma qaraciyərin toksin maddə yükünü azaldır.
Qoz
Yüksək miqdarda omega-3 yağ turşusu ehtiva əhatə edən qoz qaraciyərdə fəaliyyətinə yaxşı təsir edir.
Kələm
Gül kələmi, kələm və brokkoli qaraciyər üçün xeyirlidir. Bu bitkilərdə olan faydalı maddələr qaraciyərdə olan kanserogen və toksin maddələrin uzaqlaşdırılmasını təmin edir və beləliklə də xərçəng əmələ gəlməsini qarşısını alır.
Sarıkök
Sarıkök iltihabın qarşısını alan faydalı ədviyyatdır. Həm xərçəngin qarşısını alır, həm də qaraciyəri qoruyur. Bu ədviyyat qaraciyəri təmizləməklə yanaşı, maddələr mübadiləsini tənzimləyir.
Limon
C vitamini ilə zəngin olan limon toksin maddələri orqanizmdən xaric edir. Səhərlər təzə sıxılmış limon suyu içmək qaraciyər üçün çox xeyirlidir.
Kiona
Kinoa və ya qara buğda kimi taxıllar un və ya digər tam taxıllarla müqayisədə qaraciyər üçün daha faydalıdır.

Sağlamlıq     Baxılıb: 1572   Tarix: 18 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler