Sağlam saçlar üçün qara çörək maskası
Əgər saçlarınızın quru və kövrəkdirsə bu problemi qara çörəkdən hazırlanmış maska ilə həll edə bilərsiniz. O, saçları B vitamin qrupu ilə təmin edir.
Normal saçlar üçün maska
Lazım olanlar: 100-150 qr qara çörək, bir qədər su və ya sizə uyğun olan otlardan hazırlanmış məhlul, 1 yumurta.
Çörəyi suya və ya məhlula batırın. Sonra ona yumurta əlavə edib qarışdırın. Alınmış qarışığı saçların dibinə çəkib, polietilen dəsmalla bağlayın. 15-20 dəqiqədən sonra saçları yuyub çörək cövhəri ilə yaxalayın. Çörək cövhəri aşağıdakı kimi hazırlanır: çörək qırıntılarını su və ya otlardan hazırlanmış məhlulla isladıb, bir qədər saxlayın.
Yağlı saçlar üçün maska
100-150 qr qara çörək, qatıq, 1 yumurta ağı lazım olacaq. Çörəyi qatığa batırın, sonra yumurtanın ağını əlavə edib qarışdırın, saçların diblərinə çəkin, polietilen dəsmmala bağlayın. 15-20 dəqiqədən sonra saçları isti, ancaq çox da qaynar olmayan su ilə yuyun.
Quru saçlar üçün maska
100-150 qr qara çörək, 1 yumurta sarısı, 2 damcı gənəgərçək yağı lazım olacaq. Eyni qayda ilə maska hazırlayın, yumurta sarısı və gənəgərçək yağını əlavə edib alınmış maskanı saçlara çəkin. Sonra yuxarıda göstərilən qaydada çörək cövhəri ilə yaxalayın.









Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?