Sağlam uşağın qidalanması

Sağlam uşağın qidalanmasıUşağın rasional qidalanması onun psixi və fiziki inkişafı üçün vacib şərtdir. Körpə həyatının ilk illərində psixomotor inkişafin, boyun, bütün orqan və sistemlərin formalaşması sürətlə getdiyi üçün körpənin qidası daha düzgün və zəngin olmalıdır.

Körpə həyatının ilk illərində düzgün qidalanma.

Körpə üçün ana südünün qəbulundan və miqdarından asılı olaraq, üç növ qidalanma təyin olunur: təbii, süni, qarışıq.

Təbii qidalanma dedikdə körpənin südəmər dövrdə ana südü ilə qidalanması nəzərdə tutulur. Ana südü ilə 4-5 dəfə qidalanma körpənin sutkalıq rasioununu təşkil edir. Bu növ qidalanma daha fiziolojidir, çünki kəmiyyət və keyfiyyətcə üstün olan ana südünün tərkibində körpənin bütün tələblərinə cavab verən zülal, yağ, vitamin, duzlar və s. var.

Doğuşdan beş gün sonra zahı qadının süd vəzlərindən ana südündən də dəyərli olan agız suyu(molozivo) ifraz olunur.

Ana südünün üstünlükləri-ana südündə ümumi zülalın miqdarı inək südündən az olduguna görə bu körpənin həzm eləməsi üçün daha əlverişlidir. Ona görə də süni qidalanma zamanı zülal yüklənməsi yaranır.

Ana südü immunoqlobulinlərlə çox zəngindir. İg A yeni dogulmuş körpənin həzm traktının yerli müdafiəsində çox böyük rol oynayır. İg G isə orqanizmin bir çox infeksion xəstəliklərlə mübarizəsində elə həyatının ilk dövrlərində iştirak edir. Həmçinin ana südünün tərkibində körpə üçün çox əhəmiyyətli olan vitaminlər, fermentlər və digər komponentlər var. Ana südünün tərkibinin əsas hissəsini karbohidratlar təşkil edir (betta-laktoza). İnək südünün tərkibinə isə alfa laktoza daxildir. Betta-laktoza körpənin bağırsağında asta-asta sorulur, yoğun bağırsağa çatır və oliqo-aminasaxaridlə birlikdə normal florada patogen mikroorqanizmlərin və bağırsaq çöplərinin çoxalmasının qarşısını alır. Ana südü həmçinin müxtəlif fermentlərlə zəngindir:amilaza, tripsin, lipaza (ana südünün tərkibində lipaza inək südündən 15 dəfə çoxdur, amilaza isə 100 dəfə). Bu xüsusiyyət fermentlərin aşağı aktivliyini tənzimləyir və körpənin daha çox qida qəbul etməsinə kömək edir. Calsium və fosforun konsentrasiyasının inək südünə nisbətən ana südündə aşagı olmasına baxmayaraq, fosfor daha yaxşı mənimsənilir. Ona görə də təbii qidalanan körpələrdə raxitliyə nadir hallarda rast gəlinir. Həmçinin ana südünün tərkibində olan natrium, xlor, dəmir, gümüş,sink,kükürd kimi fermentlər daha optimaldır və körpə orqanizminin bütün tələblərinə cavab verir.

Daha sonra ana südü ilə qidalanan körpələr anemiya ilə nadir hallarda üzləşirlər.

Təbii qidalanma zamanı ana və körpə arasında psixoloji bağlılıq formalaşır, valideynin dünyaya gətirdiyi övladına qarşı məhəbbəti artır.

Qidalanma rejimi-sağlam körpə həyatının ilk 3-4 ayında gündüz üç saat, gecə isə altı saatlıq fasiləni nəzərə alaraq, körpənin qida qəbulu yeddi dəfə nəzərdə tutulur. 4-5 ayından başlayaraq, sutkada beş dəfə, 9 ayından sonra isə dörd dəfə qida qəbul etməlidir. Körpə narahat olursa, qida ilə yanaşı kəmşirin su verilir.

4-6 ayından başlayaraq, artıq ana südü körpə orqanizminin bütün tələblərinə cavab vermədiyinə görə ana südü ilə yanaşı əlavə qida təyin olunur.

Əlavə qida 4-5 ayında tərəvəzlərdən ibarət olan püre (balqabaq, kələm).

5,5-6 ayında sıyıqlar: öncə düyü, sonra qarabaşaq, sonra yulaf yarması sıyıqları və s. vermək məsləhət görülür.

7,5-8 ayında süd məhsulları, qatıq, yoqurt.

Tərəvəz püresini 1-2 həftədən sonra müxtəlif tərəvəzlərlə (kök, çuğundur, gül kələmi və s.) daha da zənginləşdirmək olar.

Yalnız bu halda inkişafda olan körpə orqanizmi lazımi miqdarda mikroelementlər və vitaminlərlə təmir olunur.

Əlavə qida həmişə ana südü qəbulundan öncə verilir. Tərəvəz püresinin porsiyası 100-150 qr, sıyıq və süd məhsullarının porsiyası isə 200 qr təşkil edir.

Əlavə qida qəbulunun rasionuna bundan başqa digər məhsulları da əlavə etmək olar.

4-6 ayında şirələr (alma, banan, armud və s.), bitki və əridilmiş kərə yagı (gün ərzində 3-5 qr)

6-7 ayında-yumurta sarısı.

7,5-8 ayında-kəsmik (20-40 qr gün ərzində)

7.5-8 ayında-ət məhsulları.

8-9 ayında-balıq məhsulları (həftədə 1-2 dəfə ət əvəzinə verilə bilər)

Əsasən iki yaşa qədər uşaqlara tünd dəmli çay və kofe vermək məsləhət görülmür.

Ailə və Uşaq     Baxılıb: 5791   Tarix: 04 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

turlar.az

gozel gorunmek qis geyimləri 2026 kosmetik vasiteler paltarlar 2026 intim pozalar royanin oglu maraqli sekiller kosmetika arıqla uşaq nece olur novruz hakistalari dolca hakista